Gözləyin...

Expressbankın “Mastercard” istifadəçiləri “Google Pay” üzərindən ödəniş edə biləcəklər

Bank xəbərləri 22 July 2024

Expressbankın “Mastercard” istifadəçiləri “Google Pay” üzərindən ödəniş edə biləcəklər. Artıq bütün təmassız ödənişlərdə sadəcə “Mastercard” kartlarını “Google Pulqabı”na əlavə etməklə rahat və təhlükəsiz ödəniş etmək mümkündür. Sadəcə “Android” əməliyyat sistemini dəstəkləyən cihazlarda “Express24” tətbiqinə daxil olub “Mastercard” kartlarınızı əlavə etməyiniz kifayətdir.

Bunun üçün aşağıdakı addımları izləyin:

  •       “Google Pulqabı”ya əlavə etmək istədiyiniz kartınızın üzərinə sıxırsınız;
  •       ““Google Pay”-ə keçid et” və ““Google Pay”-ə əlavə et” düyməsini basırsınız;
  •       Açılan növbəti pəncərələrdə şərtləri qəbul edib prosesi tamamlayırsınız.
Telegram kanalımıza abunə ol