Gözləyin...

Fərdi sahibkarlara verilən kreditlər 1.7 mlrd. manata çatdı

Maliyyə 26 May 2022
Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin BOKT-lar istisna olmaqla və vaxtı keçmiş kreditlər daxil olmadan kredit portfeli 1.7 mlrd. manata çatıb. Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 1 may 2022-ci il tarixinə olan statistikasına istinadən xəbər verir. Aprel ayında fərdi sahibkarlara verilmiş kreditin həcmi 4.3%, illik müqayisədə isə 64% artaraq 1 mlrd. 667 mln. manat təşkil edib. Apreldə qeydə alınmış artım dinamikası 2021-ci ilin dekabrından bu tərəfə ən yüksək artım dinamikasıdır. Fərdi sahibkarlara verilmiş kreditləri 1 mlrd. 606.2 mln. manatı, yaxud 96.4%-i milli valyuta manatda, 60.6 mln. manat ekv. isə xarici valyutada verilmiş kreditlərdir.