Gözləyin...

“FINCA Azərbaycan” BOKT borc alır, kredit bazarında aktivləşir

Bank xəbərləri 3 August 2022

“FINCA Azərbaycan” Bank Olmayan Kredit Təşkilatı MM 2022-ci ilin ilk yarısında borc vəsaitləri cəlb edib, kredit portfelini böyüdüb.

Bu barədə Banker.az BOKT-nin illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2022-ci ilin ilk iki rübündə borc alınmış vəsaitlərini 14.93 mln. manatdan 18.14 mln. manata qaldırıb. Bundan əlavə o fond bazarından da borc cəlb edə bilib (istiqraz emissiya edib). Onun fond bazarı üzrə borcları ilk yarım ildə 2.94 mln. manatdan 8.93 mln. manata yüksəlib. Beləliklə, BOKT-nin ümumi öhdəliklərinin həcmi 30 milyon manat olub.

Bununla belə, bu alınan borclarla yanaşı əsas fəaliyyət istiqamətində aktivlik göstərə bilib. Belə ki, müştərilərinə verdiyi kreditlərin həcmi 22% yarımildə artım göstərməklə 35.44 mln. manata çatıb.

Onun cəmi aktivləri isə 35.87 mln. manat təşkil edib.

BOKT-nin cəmi kapitalı 15.44 mln. manat olmuşdur.

Cari ilin ilk yarısında daha 1.21 mln. manatlıq xalis mənfəətdən sonra, balansındakı bölüşdürülməmiş mənfəət 12.9 mln. manat olub.


Müzakirə qrupuna keçid