Gözləyin...

Güzəştli kredit verilən investisiya layihələrinin sayı 2 dəfə artıb

Bank xəbərləri 5 August 2022

2022-ci ilin yanvar-iyul ayları ərzində sahibkarların 1 589 investisiya layihəsinin maliyyələşdirilməsinə 65.7 mln. manat güzəştli kredit verilib.

Banker.az bu barədə Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə güzəştli kredit mexanizmi çərçivəsində 774 layihə maliyyələşdirilib və bu məqsədlə 42.9 mln. manat vəsait ayrılıb.