Gözləyin...

Güzəştli kredit verilən layihələrin sayı 2 dəfədən çox artıb

Bank xəbərləri 8 July 2022

2022-ci ilin ötən 6 ayı ərzində sahibkarların 1 384 layihəsinin maliyyələşdirilməsinə 53.9 miln. manat güzəştli kredit verilib.

Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Fonddan bildirilir ki, ötən ilin müvafiq dövründə güzəştli kredit mexanizmi çərçivəsində 546 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 36.6 milyon manat kredit ayrılıb.