Gözləyin...

Hansı banklar avtomobil krediti verir?

Məqalələr 6 April 2023

Avtomobil krediti sərfəli şərtlərlə avtomobil əldə etmək üçün banklar  tərəfindən müştərilərə təqdim edilən gündəlik tələbat krediti məhsuludur.  Rəsmi gəlirli şəxslərin müraciət edə biləcəyi kredit üçün maksimal kredit məbləği banklar tərfindən müxtəlif cür təyin edilib. Kredit üçün tətbiq olunan illik faiz dərəcələri müddətə bağlı olaraq dəyişiklik göstərir.

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-i avtomobil krediti verir. Avto kredit verməyən digər banklar isə avtomobil almaq istəyən şəxslərə nağd pul krediti təklif edirlər. 

Banker.az bu dəfə avto kredit verən banklar və kreditin şərtləri ilə bağlı araşdırma aparıb.

BTB Bank  200 000 AZN-dək məbləğdə,  maksimum48 ay müddətində , illik  faiz dərəcəsi 16-20% aralığında olan avtomobil kreditini təklif edir.Kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı min.2% nəzərdə tutulub. İlkin ödəniş kimi istehsal müddəti 1 ildən 3 ilə qədər olan nəqliyyat vasitələri üçün avtomobil dəyərinin minimum 10 %-i nəzərdə tutulub. İstehsal müddəti 3 ildən artıq olan nəqliyyat vasitələrində isə ilkin ödəniş kimi avtomobil dəyərinin  minimum 40%-i nəzərdə tutulub.

                                                                                                      İlkin ödəniş
Avtomobillərİstehsal tarixi
1 ilə qədər           1 ildən 3 ilə qədər          3 ildən çox
Elektrik mühərrikli avtomobil nəqliyyatı                                      min. 10%min. 40%
Hibrid mühərrikli avtomobil nəqliyyatı   min. 20%min. 40%min. 50%
Digər                      min. 40%min. 50%min. 60%

 Bank Respublika  maksimal məbləğ 100 000 AZN olmaqla 36 ay müddətinədək ,  ilkin ödəniş avtomobil dəyərinin 40%-indən başlayaraq , minimum 18%  illik faiz dərəcəsi ilə avtomobil krediti təklif edir. Əgər “Group Motors” şirkətləri tərəfindən satılan aşağıdakı markalı avtomobillərdən alsanız, o zaman avtomobil kreditini daha aşağı faiz dərəcəsi ilə əldə edə bilərsiniz:

  • Honda,
  • Mazda,
  • Subaru,
  • Mitsubishi,
  • Toyota.

Belə ki, bu maşınlar üçün kredit müddəti 12 ayadək olduqda 18%,  13-24 ay olduqda 21%,  25-36 ay olduqda isə 22%,  digər markalı avtomobillər üzrə   minimum 24% hesablanır. Kreditin rəsmiləşdirilməsi zamanı  1% komissiya tutulur və istisna hallarda zamin tələb edilə bilər. Həmçinin, istehsal tarixi 1 ildən az müddət keçən avtomobillər girov kimi qoyulur.

Rabitəbank  istehsal tarixindən 1 il keçmiş avtomobillərin alınması üçün maksimum 36 ay müddətinə  kredit təklif edir. Avtomobil dəyəri 30 000 AZN-dək olduqda dəyərinin 50%-i, avtomobil dəyəri 30 000 AZN-dən çox olduqda  dəyərinin 40%-i həcmində  ilkin ödəniş tələb olunur. İllik faiz dərəcəsi 3-12 ay üçün 16% , 13-24 ay olduqda 18%, 25-36 ay olduqda isə  19% hesablanır. Avtomobil krediti AZN valyutasında verilir və 1% komissiya tutulur. 

Xalq Bank  yeni və təkrar bazardan alınan avtomobillərin kreditləşməsini rəsmiləşdirə biləcəyiniz 150 000 AZN –dək məbləğdə, 10%-dən başlayan faizlərlə avtomobil kreditini təqdim edir.Kreditin müddəti 5 ilədəkdir.  Kreditin rəsmiləşdirilməsi üçün  0.2% (min. 20 AZN, maks. 1 000 AZN) komissiya tutulur.Eyni zamanda Xalq Bank kreditləşmə müddətinin sonuna istifadə olunmuş avtomobilin buraxılış müddətini istehsalçı ölkələrə görə fərqləndirir. Belə ki, İstehsalçı ölkə İran, Çin və MDB ölkələridirsə, yeni avtomobillər və istifadə edilmiş avtomobillər üzrə  - 5 il, ABŞ, Yaponiya, Almaniya - 15 il, digər ölkələr -10 il kredit müddəti müəyyən olunub. Faiz dərəcəsi :

  • Avtolux Azerbaijan MMC: 10%
  • Partnyorlar: Elektrik və hibrid mühərrikli 10%, digər mühərrikli 12%
  • Digər: 16-20%

Əməkdaşlıq edilən avtomobil salonları

  • Abşeron Avtomobil Mərkəzi MMC (Mercedes-Benz)
  • Aral Auto MMC (Volvo)
  • Auto Azərbaycan MMC (Hyundai)
  • Auto Star Kaukasus MMC (Mercedes-Benz)
  • Avtolux Azerbaijan MMC
  • AZ KIA Motors (KIA)
  • Azərbaycan Automobiles QSC (Volkswagen)
  • Azərbaycan Avtomobil Evi MMC (Changan)
  • Aztol Motors MMC (Volvo, Suzuki)
  • Cahan Motors MMC (Opel)
  • Diamond Motors MMC (Mitsubishi)
  • Dream Auto MMC (Audi)
  • Əfəndilər MMC (Porche Bakı Mərkəzi)
  • Improtex Motors MMC (BMW)
  • Inshaat Services MMC (Haval)
  • KIA Motors Azərbaycan MMC (KIA)
  • LEXUS-BAKI MMC (LEXUS)
  • Nurgün Motors MMC (Nissan, Infinity, Renault)
  • PDA MMC (Peugeot)
  • Performance Center Co LTD (Chevrolet)
  • Rich Motors MMC (Geely)
  • Rotary Motors MMC (Mazda)
  • Skaz Autohouse MMC (Skoda)
  • Subaru Azərbaycan MMC (Subaru)
  • Toyota Absheron Center MMC (Toyota)
  • Toyota Bakı Mərkəzi MMC (Toyota)
  • Yeni Motors MMC (Honda)

Yapı Kredi Bank  3000 AZN-dən başlayan  avto krediti 12-59 ay  müddətinə təklif edir. Dövlət işçiləri, müəllimlər, xarici və yerli neft, rabitə, telekomunikasiya, IT və s. şirkətlərində işləyən şəxslər, bank işçiləri, Yapı Kredi Bank Azərbaycandan əmək haqqı alan müştərilər zaminsiz kredit götürmək hüququna malikdirlər. Kreditin faiz dərəcəsi yeni müştərilər üçün 13%, təkrar müştərilər üçün isə 12% təşkil edir. Təkrar müştəri dedikdə, Yapi Kredi Bank Azərbaycanda son 12 ayda kredit və ya kart borcunu odəyib bitirmiş və ya hal hazırda bankda depoziti olan müştərilər nəzərdə tutulur.

Ziraat Bankda  Kreditin məbləği, avtomobilin istehsal tarixindən keçən müddət 1 ildən kiçik (0-12 ay) olduğu halda dəyərinin 60 %-nə qədər, 1 ildən 3 ilə qədər (13-36) olduğu halda isə dəyərinin 50 %-nə qədər təşkil edir. Kreditin müddəti 24  ayadəkdir. Əldə edilən avtomobil təminat qismində çıxış edir. Azərbaycan vətandaşı, yaşamaq və çalışmaq icazəsi olan və əsas iş yeri Azərbaycanda olan Türkiyə Respublikası vətəndaşları kredit götürə bilər.

Müzakirə qrupuna keçid