Gözləyin...

Hansı banklar biznes kreditləri təklif edir?- Siyahı

Bank xəbərləri 28 July 2022

Biznes krediti xüsusi olaraq biznes məqsədləri üçün nəzərdə tutulmuş kreditdir.Biznes məqsədi ilə verilən kreditləri mikro kreditlər, kiçik və orta biznes kreditləri, həmçinin hüquqi şəxslərə verilən iri həcmli biznes kreditlərinə bölmək olar.Mikro kreditlər kiçik bizneslə məşğul olan şəxslər üçün nəzərdə tutulub. Bu kreditlərin məbləği 500 AZN-dən başlayır.

 Banker.az  mikro kreditlər təklif edən bankları araşdırıb. 

ABB kiçik və orta sahibkarlığa dəstək, kənd təsərrüfatının inkişafının stimullaşdırılması üçün güzəştli şərtlərlə Mikro kreditləri təqdim edir. Kreditin məbləği 20 000 AZN-dəkdir, illik faiz dərəcəsi 19%-dən başlayır.Kredit üçün nəzərdə tutulan güzəşt müddəti (grace period) 12 ayadəkdir.  Tələblər;  ABB-dən əmək haqqı və ya pensiya  kartının olması, AR vətəndaşlığı. Rəsmiləşdirməyə görə xidmət haqqı 1%. 

Access Bank   biznesə dəstək üçün fərqli təkliflər irəli sürür. “Maksimum Dəstək Krediti” 100 000 AZN-dək, 16%-dən başlayan illik faiz dərəcəsi,  9 ayadək güzəşt müddəti. Kreditin müddəti isə maksiumum 48 ayadəkdir. Maksimum Dəstək Kreditini girova malik biznes fəaliyyəti olan bütün şəxslər əldə edə bilərlər.Kredit 2 iş günü ərzində verilir.

“Sürətli kredit” məbləğ 10 000 AZN-dək, 24%-dən başlayan illik  faiz dərəcəsi , kreditin müddəti 36 ayadəkdir.Biznes fəaliyyəti olan şəxslər müraciət edə bilərlər.Kredit  bir teleon zəngi ilə, bir saat ərzində verilir.

“ Girovsuz kredit” məbləğ 50 000 AZN-dək, 17%-dən başlayan,9 ayadək güzəşt müddəti, kreditin müddəti 48 ayadəkdir. Biznes fəaliyyəti olan şəxslər müraciət edə bilərlər.Kredit 1 iş günü ərzində verilir.

 “Mövsümi kredit” məbləğ 15 000 AZN-dək, 12%-dən  başlayan, 9 ayadək güzəşt müddəti,  krediti müddəti 12 ayadəkdir. Qeyri-mütamadi gəlirli Aqrar fəaliyyətlə məşqul olan şəxslər müraciət edə bilərlər.Kredit 1 iş günü ərzində verilir.


AFB Bank. 500 AZN-dən 30 000 AZN-dək, illik 21% dərəcəsilə mikro kreditlər təklif edir.Kredit müddəti 3 aydan 36 ayadəkdir.Rəsmiləşdirmə zamanı xidmət haqqı 1%. Krediti yaş həddi 21-65 arasında olan,  sənaye, istehsalat, xidmət, ticarət, tikinti, yükdaşıma, balıqçılıq və kənd təsərrüfatı sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar əldə edə bilərlər.


Bank of Baku  500 AZN-dən 30 000 AZN-dək 20-29% illik faiz dərəcəsi ilə, maksimum 36 ayadək müddətdə mikro kreditlər təklif edir. Krediti yaş həddi 20-70 arasında olan,sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər əldə edə bilər. Kreditin  təminatı daşınmaz əmlak, qızıl zinət əşyaları və ya üçüncü şəxsin zaminliyi ola bilər. Kreditin rəsmiləşdirmə komissiyası 0.5%-dən başlayır.

Bank Respublikada  500-50 000 AZN aralığında, illik faiz dərəcəsi 10% -dən başlayan mikro kreditlər təklif olunur.Kreditin müddəti 36 ayadək, güzəşt müddəti 12  (şirkətin strukturundan və kreditin növündən asılı olaraq fərqli müddət təklif edilə bilər) ayadəkdir. Kreditin təminatı daşınmaz əmlak, qızıl zinət əşyaları və ya üçüncü şəxsin zaminliyi ol bilər. Komissiya 0-1.5%.

Kapital  Bank 1000- 100 000 AZN aralığında,  illik  faiz dərəcəsi 16%-dən başlayan  girovsuz və zaminsiz mikro kreditlər təklif edir. Kreditin müddəti  36 ayadəkdir .Krediti sahibkarlıq fəaliyyəti 12 aydan az olmayan, yaşı 20-ni keçmiş, VÖEN-i olan şəxslər əldə edə bilər.Kreditin ödənişində güzəştli  aylardan istifadə etmək imkanı var.

Rabitə Bankda  sənaye, istehsalat, xidmət, ticarət, tikinti, nəqliyyat, balıqçılıq və kənd təsərrüfatı sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və sahibkar fiziki şəxslərə  500 AZN –dən başlayan  maksimum 50 000 AZN məbləğində , illik 17%-23% dərəcəsi ilə mikro kredit təklif olunur.Kreditin  ödənilməsində 6-12 ay arası güzəşt müddəti  verilir. Kreditin rəsmiləşdirilməsi üçün xidmət haqqı 1 %-dir.  Tələb olunan sənədlər  şəxsiyyət vəsiqəsi, vöen, borcalanın biznesini təsdiq edən sənədlər.

Unibank istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında  sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 500- 50 000 AZN aralığında  illik 5%-dən başlayan mikro kreditlər təklif edir. Kreditin müddəti 9 aydan 48 ayadəkdir.. Təminat olaraq daşınmaz əmlak, nəqliyyat vasitəsi, ev  əşyaları, mal qalığı, avadanlıqlar,  iri və xırda buynuzlu heyvanlar və ya kombinasiyası ola bilər. Kredit prosduralarına görə komissiya 1-2%.

Yelo Bankda  ticarət, istehsal, xidmət, nəqliyyat, kənd təsərrüfatı sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 500 AZN-dən 100 000 AZN-dək , 16%-dən başlayan mikro biznes kreditləri təklif olunur. Kreditin güzəşt müddəti 12 ayadəkdir. Müddəti 6- 36 ay.Təminat olaraq zamin, nəqliyyat vasitəsi, daşınmaz əmlak göstərilə bilər.Kredit 1-2 gün ərzində verilir.Banka gəlmədən kredit əldə etmək ( kart vasitəsilə) imkanı mövcuddur. Üstünlükləri; şərti girov və evə baxış tələb olunmur, Əlavə xərclər yoxdur (sığorta və hesabın açılması xərci), çevik sənədləşmə prosesi, sabit və azalan qrafik seçimi.