Gözləyin...

Hansı banklar daşınmaz əmlak girovlu kredit verir?

Bank xəbərləri 2 September 2022

Daşınmaz əmlak girovlu kreditlər   rəsmi iş yeri olan və istehlak məqsədilə yüksək məbləğdə kredit əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Banka kredit üçün müraciət edən müştəri heç bir gəlir mənbəyi göstərə bilmədikdə, daşınmaz əmlak təminatlı kredit  üsulu tətbiq edilir.

 Girov üçün təklif olunan daşınmaz əmlak müştərinin özünə və ya birinci dərəcəli yaxınlarına məxsus olmalıdır. Bu zaman kredit mütəxəssisi tərəfindən araşdırma aparılır və ekspert daşınmaz əmlakın bazar dəyərini müəyyən edir. Kredit məbləği isə daşınmaz əmlakın bazar dəyərindən aşağı olur.

Bir çox kredit məhsullarında olduğu kimi daşınmaz əmlak təminatlı  kreditlərdə də müsbət cəhətlər var. İlk növbədə   daimi gəliriniz varsa, lakin kifayət qədər deyilsə, hər cür daşınmaz əmlakı girov kimi göstərərək kredit götürə bilərsiniz. Digər müsbət cəhət ondan ibarətdir ki, zamin tələb olunduğu hallarda bank sizdən əmlakın dəyərinə görə zamin istəməyə bilər. Belə hallarda çox çətinlik çəkmədən kreditinizi qısa müddətdə ala bilərsiniz.

Banker.az  bu dəfə daşınmaz əmlak təminatlı kreditləri və şərtlərini araşdırıb.