Hansı banklar kartdan karta köçürmələrdə komissiya tutmur ?
“Card to Card” xidməti kart sahiblərinə bankomatlar, İnternet Bankçılıq və MobilBank vasitəsilə kart hesabları arasında pul köçürmələrini həyata keçirməyə imkan verir. Vaxtınıza qənaət edərək, heç bir əziyyət çəkmədən telefon, kompüter və ya bankomat vasitəsilə öz kart hesabınızdan başqa kart hesabına pul köçürə bilərsiniz.
ABB-də Tamkart debet kartlarında aylıq 7000 AZN-dək pulsuz, 7000-AZN-dən yuxarı 1% min.1 AZN komissiya tutulur.
Azər Türk Bankda pay.atb.az və ya ATB360 tətbiqi vasitəsilə kartdan karta köçürmə pulsuz, digər üsullarla 0.15% min.0.60 AZN komissiya tutulur.
Bank of Baku Bolkart debet kartlarında gündəlik 6000 AZN-dək, aylıq 20 000 AZN-dək limit çərçivəsində kartdan karta köçürmə pulsuzdur.
Rabitəbank kanalları vasitəsilə (MB APP, İB, BOT): RB kartlarına – aylıq 10 000 AZN-dək pulsuz,yuxarı 0.2% min.0.60 AZN komissiya, ölkə daxili digər bankların kartlarına:ayda 1000 AZN -dək pulsuz, növbəti dəfələr: 0.9% min.1 AZN komissiya tutulur.
Kapital Bank-da ay ərzində kartınızdakı şəxsi vəsaitinizdən ümumilikdə 5000 AZN-dək məbləğin Kapital Bank bankomatlarında nağdlaşdırılması və yerli bank kartlarına köçürülməsi pulsuzdur.
XalqKart Cashback kartlarında XalqOnline üzərindən ay ərzində 5000 AZN ekv.dək Card to Card pulsuzdur. Daha yuxarı və digər kanallar üzərindən bütün məbləğlər üçün 0.5% min. 0.20 AZN komissiya hesablanır.