Gözləyin...

Hansı banklar Kobrend kartlar təklif edir? - Araşdırma

Bank xəbərləri 15 November 2022

Kobrend kartlar banklar tərəfindən öz partnyor şirkətləri ilə birgə buraxılan kartlardır. Kobrendli kartlar kart sahiblərinə bonuslar təklif edir, o cümlədən mağazada əlavə alış-veriş üçün istifadə edə biləcəkləri xallar, mallara endirimlər və ya hava yolu şirkəti olduqda, səyahət zamanı geri ala biləcəkləri tez-tez uçuş milləri qazanırlar. Bu növ kartların ən geniş yayılmışı mil kartlarıdır. Mil kartları ilə ödəniş zamanı toplanan millərlə aviabilet almaq mümkündür. Bu məqalədə isə mil kartları istisna olmaqla, digər kobrend kartlar haqqında bəhs olunur.
Qeyd edək ki, siyahıda qeyd olunanlar yalnız debet kartlardır. ASB Bankın Bazar Store ilə birgə əməkdaşlığı çərçivəsində təklif etdiyi Super Extra kartı taksit kartı olduğundan siyahıda qeyd olunmayıb.
ABB. “Azercell Co-Brand” kart sahibləri nağdsız ödənişlər zamanı hər 1 AZN üçün 1 bal əldə edərək, onları şəbəkədaxili danışıq dəqiqələri və ya internet paketlərə dəyişə bilər. Toplanan balların miqdarını isə “Balans” açar sözünü 2937-ə göndərməklə və bankın mobil tətbiqindən öyrənə bilərsiniz. Balları danışıq dəqiqələri və ya internet paketinə dəyişmək istədikdə isə aşağıdakı cədvəldən seçiminizə uyğun açar sözünü 2937-ə göndərməlisiniz.

Həcm

25 dəq

50 dəq

125 dəq

250 dəq

1 GB

3 GB

7 GB

Açar söz

25

50

125

250

1000

3000

7000

Toplanmış ballara uyğun danışıq dəqiqələri və ya internet paketləri barədə isə aşağıdakı cədvəldə ətraflı göstərilib.

Balların hesablanması (1 AZN = 1 Bal)

 50 bal- 25 dəq

100 bal- 50 dəq və ya 1 GB internet

250 bal - 125 dəq

300 bal -3 GB internet

500 bal -250 dəq

600 bal -7 GB internet

Bank Respublika. Mover kart Bank Respublika və Mover şirkəti tərəfindən təqdim olunan məhsuldur. Müştərilər ödədikləri bütün daşınma haqlarını ödədikdə 15% kəşbək, kuryer xidmətinə və kitab daşınmasına görə 50%, gömrük məsləhətçisi xidmətindən istifadə zamanı isə 30% endirim əldə edəcək. Moverkart sahibləri eyni zamanda “Bank Respublika”nın Paykart bonus sistemi daxilində onlarla partnyor şəbəkəsində alış-veriş zamanı 25%-ə qədər əlavə bonuslar qazanmaq şansı əldə edəcək. Bu şərtlər həm sadə (Mover Visa Classic), həm də premium kartlar (Mover Visa Platinium) üçün keçərlidir.

Platinium karta sahib olan müştərilərin isə əlavə üstünlükləri var.Bu müştərilər Mover-in “Mənə zəng et xidməti”ndən istifadə edir, xarici anbardakı bağlamalarının fotosunu ayda 3 dəfə ödənişsiz olaraq əldə edə bilir. Həmçinin bağlamanı xarici anbardan 3 dəfə ödənişsiz olmaqla geri qaytarmaq kimi üstünlükdən də faydalana bilirlər. Visa Platinum kartının verdiyi digər üstünlükləri isə 2 dəfə pulsuz Covid-19 testi və Bakı aeroportunda VİP zala giriş imkanıdır.

Kapital Bank. Umico Kəşbek kartı Kapital Bank və Umiconun birgə təqdim etdiyi, gündəlik alış-verişlərdən keşbek qazandıran unikal debet kartdır. Kartın əsas üstünlüyü kəşbek bonusları ilə bağlıdır.Kartın statusundan aslı olaraq bonuslar fərqlənir. Belə ki, Umico partnyorları üzrə l.5% , qeyri-umico partnyorları üzrə 0.5% kəşbek hesablanır. Qeyd edək ki, Umico bonusları ilə 1 ay ərzində qazanıla bilinən maksimum keşbek məbləği 500 AZN-dir. Bu limitdən yuxarı bonuslar hesablanmır və növbəti ay üçün də nəzərə alınmır.

Umico Premium kartında Umico partnyorları üzrə 1,5% + Umico partnyor bonus kəşbeki, qeyri- umico partnyorlar üzrə 0.65% kəşbek hesablanır. Ölkəxarici e-kommersiya əməliyytlr üzrə 1.5% kəşbek hesablanır.

Alış-verişlərinizi maksimum sərfəli etmək və vəsaitlərinizin rahat idarə olunmasını təmin etmək üçün Umico mobil tətbiqini yükləyərək, Yığılmış cashback məbləğinizi Umico tətbiqində/Tarixçə bölməsində izləyə bilərsiniz.

31.12.2022 tarixə qədər davam edəcək kampaniya çərçivəsində ödənişlər üzrə minimal 1,5% keşbek məbləği tətbiq olunur.

Umico və Kapital Bankdan ortaq bonuslarınızı qazanmaq üçün alış-veriş edərkən həm Birbank Umico bank kartı, həm də Umico bonus kartınızı kassirə təqdim etməlisiniz.

Dövlət ödənişləri (məhkəmə, cərimə, zəmanət, vergi), poçt, maliyyə qurumları, nəqliyyat ödənişlərində kəşbek hesablanmır.

Rabitə Bank. Kartmane Debet kartlarında balların Azercell danışıq dəqiqələrinə və ya Azercell İnternet paketinə dəyişdirilməsi üçün əvvəlcə kəşbək növlərindən 4-cüsünü seçmək lazımdır. Kartmane Debet kartlarında balların hesablanma qaydaları belədir ki, Yanacaqdoldurma məntəqələrində edilən bütün ödənişlərə 1AZN=0.50 bal, Sığorta ödənişlərinə 1 AZN=0.75 bal, Digər əməliyyatlar üzrə edilən bütün ödənişlərə 1AZN=1 bal, Notarius ödənişlərinə isə 1 AZN=0.75 bal keşbek hesablanır. Bunun üçün minimum dövriyyə tələbi yoxdur.

Ay ərzində “Azercell” paketlərindən "YDM&Restoranlar", "Bütün ödənişlər" və "Marketlər&Restoranlar" paketlərinə keçid aldıqda, qazanılan ballar “Azercell” paketi üzrə Azercell danışıq dəqiqələrinə/Azercell İnternet paketinə dəyişilməlidir. Dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan keşbek paketinə transfer edilir “Azercell” paketi istifadəsi zamanı bankın partnyor şəbəkələri ilə əldə edilmiş razılığa əsasən təyin edilmiş keşbek faiz dərəcələri əsasında toplanılan ballar 50 misli həcmində hesablanılır.