Hansı banklar pulsuz premium kart təklif edir?
Premium kartlar illik ödəniş tələb edən, lakin bunun müqabilində kart sahiblərinə bir sıra eksklüziv üstünlüklər təklif edən kartlardır. Bu kartla siz ölkəmizdə və dünyanın bir çox yerlərində (mağaza, restoran, aviaşirkətlər və s.) istifadə edə, üstəlik bir sıra güzəştlər qazana bilərsiniz. Bu kartlar, adətən, 1, 3 və ya 5 illik müddətə verilir. Hər birinin qiymətləri fərqlidir. Bu qiymətlər illərə görə dəyişdiyi kimi banklara görə də dəyişir.Kartı onlayn şəkildə bankın saytından sifariş edə və ya bankın filiallarına yaxınlaşıb əldə edə bilərsiniz. Kart hesabı Azərbaycan manatı, ABŞ dolları və avro ilə açıla bilər. Premium kartlar adətən, yüksək qiymətlə təklif olunur, lakin bəzi banklar öz Premium məhsullarını pulsuz – ilkin müəyyən mədaxillə təklif edir.
Qarant.az pulsuz əldə edə biləcəyiniz premium kart təklif edən bankları araşdırıb.