Hansı banklar şənbə günü işləyir?

İşləyən insanlar üçün iş günləri bank tapşırıqlarını yerinə yetirmək və digər əməliyyatlar etmək çətin olur. Buna görə xidmət sahəsinin, xüsusilə də, bank sektorunun həftə sonları fəaliyyət göstərməsi əhəmiyyətlidir.
Banklar, adətən, həftənin beş günü 09:00-18:00 arasında fəaliyyət göstərirlər.Xoşbəxtlikdən bəzi banklar həftə sonları da fəaliyyət göstərir və bu, boş olduğunuz zaman bank əməliyyatlarınızı həyata keçirməyə imkan verir.
Banker.az şənbə günləri işləyən bankları və iş saatlarını araşdırıb.
*ABB-də şənbə günləri yalnız fiziki şəxslər üçün xidmətlərin göstərilməsi nəzərdə tutulub.
*Azər Türk Bankda Xətai filialı istisna olmaqla,digər Bakı filialları 10:00-14:00dək ancaq kredit və kartların təhvili üzrə çalışır.
*Kapital Bankın Sahil, Bravo, Gənclik Mall filialları həmçinin bazar günləri, 10:00-dan 19:00-a qədər fəaliyyət göstərir.
*Unibankda şənbə günü yalnız kredit müraciətlərinə baxılır, UCard təqdim edilir və əmanət rəsmləşdirilə bilər.