Gözləyin...

Hansı banklar Trendyol ödənişlərində keşbək təklif edir?

Məqalələr 9 August 2024

 Trendyol onlayn alışveriş dünyasında adını uğurla formalaşdırmış və müştərilərinə geniş seçim imkanları təqdim edən bir platformadır.

Qarant.az  “Trendyol”da aparılan ödənişlərə kəşbek hesablayan bank kartlarını araşdırıb:

ABB: TamKartla "Kapitalist" paketini seçərək,  Trendyol ödənişlərində 8% keşbək əldə edə bilərsiniz. Trendyol kateqoriyası üzrə ay ərzində maksimal keşbek limiti  15 AZN-dir, daha sonra 1% hesablanır. Kateqoriyalar hər ay yenilənir.   

Bank of Baku:  Bolkartın təqdim etdiyi Taksit və Debet kartları üzrə faizlər fərqlidir. Bolkart Debetle 0.5% Bolkart Kredit kartları  ilə 7% kəşbek hesablanır.  Trendyol üzrə bank tərəfindən aylıq qazanılacaq maksimum keşbek məbləği AZN valyutalı kartlarda 15 AZN təşkil edir.

Kapital Bank: Birbank Cashbackla "Bütün ödənişlər" kateqoriyasını seçmisinizsə, Birbank Cashback debet kartı ilə Trendyol-da ödəniş zamanı 1% keşbek hesablanır. “Bütün ödənişlər” üzrə Birbank Cashback debet istifadəçiləri ayda 100 AZN  keşbek qazana bilərlər. 

XalqBank: XalqKart Cashbackla hər yerdə ödənişlərdən 2% kəşbək qazana bilərsiniz. Eyni növ MCC kod altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 AZN-dir.

 Bank Respublika: Neokartla  keşbek faizi hər ay, Mobil Şöbə tətbiqi vasitəsilə, "Tarifini özün yarat" konsepsiyası əsasında təyin olunur. Kateqoriyadan asılı olaraq maks. 5%, toplam 15 % seçim etmək mümkündür. Saytın MCC kodundan asılı olaraq, kateqoriya üzrə seçim etdiyiniz keşbek faizi hesablanacaqdır. Hal-hazırda, "geyim mağazaları" aid olduğu MCC kodlu rəsmi səhifələr üzrə maksimal 4% , "digər ödənişlər"-ə aid oluğunda maksimal 1 % seçim mümkündür. Maksimal limit 30 000 Bonus təşkil edir, limiti keçdikdən sonra ödənişlər 0.5% ilə hesablanacaqdır.

Rabitəbank: Kartmane Debet kartlarında: Digər əməliyyatlar - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 1.5% keşbek, kart ilə aparılan ödənişlərə görə isə 1% keşbek, Kartmane Kredit kartlarında: Digər əməliyyatlar - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 2% keşbek, kart ilə aparılan ödənişlərə görə isə 1,5% keşbek hesablanır. Kateqoriya üzrə maksimal qazana biləcəyiniz keşbek məbləği – keşbek-in aylıq ümumi maks. məbləği ilə tənzimlənir.

Telegram kanalımıza abunə ol