Hansı banklarda onlayn əmanət yerləşdirmək mümkündür?
Məqalələr
22 July 2024
Rəqəmsal depozitlər nağd pul kimi ənənəvi fiziki formalardan istifadə etmək əvəzinə vəsaitlərin elektron şəkildə saxlanmasını və idarə edilməsini təmin edir.
Qarant.az bankların rəqəmsal depozitlərini təqdim edir.
- ABB -nin təqdim etdiyi DigiDeposit-lə ABB Mobile-da hesab yaradaraq əmanətinizdən maksimum 18 ay və illik 11%-dək gəlir əldə edə bilərsiniz. Rəqəmsal əmanət hesabınız növbəti gün aktivləşəcək.
- Kapital Bank-ın təqdim etdiyi Rəqəmsal depozitlə siz Birbank tətbiqi ilə depozitinizi istənilən vaxt, istənilən yerdən yerləşdirə və tam 10%-dək gəlir qazana bilərsiniz. Rəqəmsal depozit anında aktiv olacaq.
- Turan Bank-da əmanətin onlayn yerləşdirilməsi üçün ilk növbədə hesabınız olmalıdır. Hesabınız olmadığı halda, ASAN imza ilə onlayn cari hesab aça və ya filiala yaxınlaşmaqla sadəcə şəxsiyyət vəsiqəsilə hesab açdıra bilərsiniz. Qeyd edək ki, hesabın açılması xidməti ödənişsizdir. Növbəti addım olaraq "SİMA" rəqəmsal imzası üzrə qeydiyyatdan keçməlisiniz.Bunun üçün SİMA tətbiqini mobil cihazınıza endirərək, qeydiyyatdan keçmək kifayətdir.Qeydiyyat üçün əlavə hansısa sənəd tələb olunmur. Sonda əmanət üçün nəzərdə tutduğunuz məbləği, cari hesabınıza əlavə edərək TuranBank mobil tətbiqi üzərindən əmanətinizi onlayn olaraq yerləşdirə bilərsiniz.