Hansı banklarda onlayn əmanət yerləşdirmək mümkündür?
Rəqəmsal depozitlər nağd pul kimi ənənəvi fiziki formalardan istifadə etmək əvəzinə vəsaitlərin elektron şəkildə saxlanmasını və idarə edilməsini təmin edir.
Qarant.az bankların rəqəmsal depozitlərini təqdim edir.
1.ABB -nin təqdim etdiyi DigiDeposit-lə ABB Mobile-da hesab yaradaraq 1, 3, 6, 12, 18 aylıq əmanət yerləşdirərək, əmanətinizdən maksimum 11%-dək gəlir əldə edə bilərsiniz. Rəqəmsal əmanət hesabınız növbəti gün aktivləşəcək. Əmanət məbləği vaxtından əvvəl çıxarıldığı halda heç bir faiz hesablanmır. DigiDepozitin minimal limiti 300 AZN, maksimum limit isə 3 000 000 AZN-dir.
2. Kapital Bank-ın təqdim etdiyi “Rəqəmsal depozit” lə siz Birbank tətbiqində 1, 3, 6, 12, 18, 24, 36 ay müddətinə depozit yerləşdirə bilərsiniz. Depozitinizi istənilən vaxt, istənilən yerdən yerləşdirə və tam 9%-dək gəlir qazana bilərsiniz. Rəqəmsal depozit anında aktiv olacaq. “Rəqəmsal depozit”in minimal limiti 1 AZN, sığortalanan məbləğ isə 100 000 AZN-dəkdir.
3. Turan Bank-da əmanətin onlayn yerləşdirilməsi üçün ilk növbədə hesabınız olmalıdır. Hesabınız olmadığı halda, ASAN imza ilə onlayn cari hesab aça və ya filiala yaxınlaşmaqla sadəcə şəxsiyyət vəsiqəsilə hesab açdıra bilərsiniz. Qeyd edək ki, hesabın açılması xidməti ödənişsizdir. Növbəti addım olaraq "SİMA" rəqəmsal imzası üzrə qeydiyyatdan keçməlisiniz.Bunun üçün SİMA tətbiqini mobil cihazınıza endirərək, qeydiyyatdan keçmək kifayətdir.Qeydiyyat üçün əlavə hansısa sənəd tələb olunmur. Sonda əmanət üçün nəzərdə tutduğunuz məbləği, cari hesabınıza əlavə edərək TuranBank mobil tətbiqi üzərindən əmanətinizi onlayn olaraq yerləşdirə bilərsiniz.