Hansı banklarda onlayn kredit götürmək və depozit yerləşdirmək olar?

“SİMA” – bulud və
üztanıma texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imzadır. Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”
MMC tərəfindən yaradılıb.
SİMA ilə müştərilər
filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla mobil
tətbiq üzərindən müvafiq sənədləri SİMA - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə
təsdiqləyərək rahat şəkildə bankda əmanət yerləşdirə bilərlər. Həmçinin
vaxt və yer məhdudiyyəti olmadan imzalanmanın günün istənilən anı elektron
qaydada həyata keçirilməsi mümkündür.
Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi
bu innovativ həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq
olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün olacaq.
Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan kredit təşkilatları
(BOKT), sığorta, mobil operatorlar, internet provayderlər və digər seqmentlər
üzrə təqdim edilən məhsul və xidmətlər daxildir. Həm vətəndaşlar, həm də xidmət
təklif edənlər üçün bir sıra üstünlükləri olan imza həlli maliyyə xərclərinin
azaldılmasına və vaxt itkisinin qarşısının alınmasına imkan verəcək. Bundan əlavə,
SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma
istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Banker.az SİMA ilə tərəfdaşlıq
edən bankları araşdırıb.
Paşa Bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını yeni mobil tətbiqi üzərindən göndərə, müvafiq sənədləri isə
“SİMA” - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə
kredit əldə edə biləcəklər. Müştəri banka gəlmədən, zaman itkisinə yol
vermədən müraciət etdiyi kredit vəsaitini birbaşa onun istifadəsində olan əməkhaqqı
kartına ala biləcək. Rəqəmsal xidmətlərin tətbiqinin və istifadəsinin genişləndirilməsini,
eləcə də biznes proseslərinin sürətləndirilməsini hədəfləyən “SİMA” vasitəsilə
gələcəkdə bankın digər məhsullarından da istifadə mümkün olacaq.
Turan Bank rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar
atmağa, məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməyə davam
edir. “SİMA” ilə tərəfdaşlığa əsasən, müştərilər filiala gəlmədən, bank əməliyyatlarına
vaxt itirmədən bir neçə toxunuşla mobil tətbiq üzərindən müvafiq sənədləri SİMA
- yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə
TuranBank-da əmanət yerləşdirə bilərlər. Həmçinin vaxt və yer məhdudiyyəti
olmadan imzalanmanın günün istənilən anı elektron qaydada həyata keçirilməsi
mümkündür. Məlumat üçün qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə
gələcəkdə TuranBank-da digər məhsullardan da istifadə mümkün olacaq. Hazırda
“AzInTelecom” və TuranBank tərəfindən bu istiqamətdə birgə iş aparılır.
Yelo Bank müştəriləri Yelo mobil tətbiqindən artıq SİMA imza ilə
qeydiyyatdan keçə bilərlər. Rəqəmsal imzanı əldə etmiş müştərilər
növbəti mərhələdə bank xidmətləri üçün onlayn müraciət etdikdə, bütün sənədləri
SİMA ilə imzalaya biləcək. Bununla da vətəndaşlar SİMA-nın üstünlüklərindən
istifadə edərək banka gəlmədən, zaman itkisinə yol vermədən Bankın müxtəlif məhsullarını
əldə edə biləcəklər.
.