Gözləyin...

Hansı banklarda “SİMA” ilə xidmətlərdən faydalanmaq olar?

Məqalələr 27 April 2023

“SİMA” – bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imzadır.  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılıb.

SİMA ilə müştərilər filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla mobil tətbiq üzərindən müvafiq sənədləri “SİMA”  - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə bankda əmanət yerləşdirə bilərlər. Həmçinin vaxt və yer məhdudiyyəti olmadan imzalanmanın günün istənilən anı elektron qaydada həyata keçirilməsi mümkündür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi bu innovativ həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün olacaq. Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, internet provayderlər və digər seqmentlər üzrə təqdim edilən məhsul və xidmətlər daxildir. Həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri olan imza həlli maliyyə xərclərinin azaldılmasına və vaxt itkisinin qarşısının alınmasına imkan verəcək. Bundan əlavə, “SİMA” -nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Banker.az “SİMA”  ilə tərəfdaşlıq edən bankları araşdırıb.

ABB istifadəçiləri “SİMA”  ilə debet kartlarını cəmi bir neçə saniyəyə sifariş edə bilərlər. “SİMA” ilə müqavilələrin imzalanması zamanı əlavə məlumatlar daxil etməyə ehtiyac qalmır. Bu zaman kart sifarişi daha da rahat və sürətli keçir.

BTB-nin istehlak məhsullarını əldə edilməsi zamanı sənədlərin“SİMA”  ilə imzalanması mümkündür. Bu da müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən müqavilərləri imzalamağa imkan verir.

Paşa Bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını   mobil tətbiqi üzərindən göndərə, müvafiq sənədləri isə “SİMA” - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə kredit əldə edə bilərlər. Müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən müraciət etdiyi kredit vəsaitini birbaşa onun istifadəsində olan əməkhaqqı kartına ala biləcək.

PremiumBank. “SİMA” yeni nəsil rəqəmsal imza ilə “Premium Bank” mobil tətbiqi üzərindən plastik kartların sifarişi daha rahatdır.

Turan Bank. “SİMA” ilə tərəfdaşlığa əsasən, müştərilər filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla mobil tətbiq üzərindən müvafiq sənədləri “SİMA” - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə TuranBank-da əmanət yerləşdirə bilərlər. Həmçinin vaxt və yer məhdudiyyəti olmadan imzalanmanın günün istənilən anı elektron qaydada həyata keçirilməsi mümkündür. 

Yelo Bankın Yelo mobil tətbiqində sürətli qeydiyyat üçün yararlana və "ASAN Login" sisteminə daxil olaraq 80 portal və xidmətə giriş edə bilərsiniz. Rəqəmsal imzanı əldə etmiş müştərilər növbəti mərhələdə bank xidmətləri üçün onlayn müraciət etdikdə, bütün sənədləri “SİMA” ilə imzalaya biləcək. Bununla da vətəndaşlar “SİMA” -nın üstünlüklərindən istifadə edərək banka gəlmədən, zaman itkisinə yol vermədən Bankın müxtəlif məhsullarını əldə edə biləcəklər.

Müzakirə qrupuna keçid