Gözləyin...

“Hədəf liseyi”nə 850 min manat güzəştli kredit verilib

Bank xəbərləri 29 July 2022

Ötən il “Hədəf liseyi” MMC-yə məxsus bağça-lisey tipli təhsil kompleksinə 850 min manat güzəştli kredit ayrılıb.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, son 3 ildə təhsil sahəsində fəaliyyət göstərən biznes subyektlərinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5.8 mln. manat məbləğində güzəştli kredit verilib.