Gözləyin...

Hesabdakı qalığa faiz verən bank kartları -Siyahı

Bank xəbərləri 19 July 2022

Bank məhsulları arasında əsas üstünlüklərdən biri kart hesabında qalan vəsaitə faizin hesablanmasıdır. Bu xidmət artıq bir çox  banklar tərəfindən təqdim edilir. 

Faiz gəliri debet kartda olan məbləğin müəyyən faizinin balansın üzərinə gəlir şəklində əlavə olunmasıdır. Bunun üçün isə pulu xərcləmək deyil, kartda saxlamaq kifayətdir.

Banker.az  kartdakı qalığa  faiz gələn bankları araşdırıb.

ABB.  TamKart Debet kart sahibləri kartdakı vəsaitlərinə illik 3%-dək gəlir əldə edirlər.  Faiz gəliri hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin kart hesabına köçürülür.

Access Bank .  Məbləğindən asılı olmayaraq debet kart hesabında olan müsbət qalıq məbləğə əlavə gəlir. Kartın növündən asılı olaraq hesablanan faizlərdə fərqli ola bilər.

Azər Türk Bank.  AZN valyutada olan debet kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ayın sonu müştərinin həmin debet kartına ödənilir .

Bank of Baku.  Bolkart Debet kart istifadəçiləri kart hesablarında olan və 100 manatdan az olmayan qalığa illik 5% dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. 

Bank Republika. NeoKart  Debet kartlarında  qalıq üzrə illik faiz AZN illik 3%-5%.Maksimum faiz hesablanacaq məbləğ 10 000 AZN-dir.

Express Bank.  Debit qalığına illik gəlir faizi yalnız AZN valyutalı kartlara aiddir.  İllik faiz gəliri Expresso kartının növündən asılı olaraq 3%-5%  dəyişir.


Kapital Bank. AZN valyutalı Birbank Cashback debet kartlarında minimal 500 AZN və yuxarı şəxsi vəsait qalığı olduğu halda qalığa illik 6% dəyərində depozit gəliri aylıq keşbek bonus balansına köçürüləcəkdir.


Muğan Bank.  Mastercard Standard kartlarında  qalığa illik gəlir faizi  5% hesablanır. Yalnız fiziki şəxslərə və AZN valyutalı şəxslərə  aid edilir.

Rabitə Bank . Kartmane kartlarında  hesabda olan 100 AZN  yuxarı məbləğlərə əmanətlərdə olduğu kimi faiz hesablanır. Kartmane debet kartlarında  vəsait qalığına hesablanan faiz dərəcəsi illik 4%-6% -dəkdir.

Turan Bank. Universal Kartda balansda olan minimum 300 AZN,  maksimum 100 000 AZN  məbləğə faiz hesablanır. Qalıq məbləğinə 4% təşkil edir.

Unibank.  Leokart – Qalıq üzrə faiz 5% illik gəlir gətirən bu kartda debet qalığına faiz dərəcəsi debet qalığında minimal 10 AZN məbləğ olduqda hesablanır. Depozit gündəlik olaraq hesabınızda olan məbləğin üzərinə hesablanır, məbləğ toplanaraq növbəti ayın 1-i hesabınıza köçürülür.

Yelo Bank. Yelo Light – Balansdakı AZN valyutasında olan 5000 AZN-dək qalıq məbləğə illik 5% hesablanır.  Bu kartla aylıq ən azı 300 AZN və ya ekvivalentində xərcləyərək (onlayn və POS terminallarda alış-veriş əməliyyatları) kartdakı qalıq məbləğə daha yüksək faiz gəliri əldə etmək mümkündür.