Gözləyin...

Hindistan Mərkəzi Bankı uçot faizi dərəcəni gözlənilməz dərəcədə qaldırır

Bank xəbərləri 8 June 2022
Hindistan Mərkəzi Bankı (Hindistan Ehtiyat Bankı – RBI) uçot faiz dərəcəsini gözləniləndən daha çox – 50 baza bəndi qaldırıb. Bu barədə Banker.az RBI-ın rəsmi press-relizinə istinadən xəbər verir. Belə ki, Mərkəzi Bank ölkədə yüksək inflyasiya və qlobal qiymət artımlarını dəf etmək üçün uçot faiz dərəcəsini 4.40%-dən 4.90%-ə qaldırıb. Birjalar isə Mərkəzi Bankın faizləri 4.80%-ə qaldıracağını proqnoz edirdi. Mərkəzi Bankın sədri Şaktikanta Das son müsahibəsində iyun ayında faiz artımının gözləntisinin “ağılsız” olduğunu demişdi. Requlyator sonuncu dəfə faizləri 2020-ci ilin fevralında 5.15%-dən 4.40% və növbəti ayda isə 4.00%-ə endirmişdi. 2022-ci ilin fevralından isə 40 baza bəndi artırmışdı. Hindistan rupisi ABŞ dolları qarşısında tarixi minimumlara qədər ucuzlaşıb. 1 dollar 78 rupi təşkil edir.