Gözləyin...

İranın Azərbaycandakı bankının maliyyə vəziyyəti məlum oldu

Bank xəbərləri 10 October 2022

İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr ayını 1 milyon 357 min manat mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 963 min 855 manat xalis mənfəətlə çıxmışdı.

Banker.az xəbər verir ki, yanvar-sentyabr aylarında İran bankının faiz gəlirləri 2 milyon 558 min manat (illik müqayisədə 1.1% az), faiz xərcləri 169 min manat (28% az), xüsusi ehtiyatlara ayırmaları 315 min manat (64% az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə İran bankının aktivləri 91 milyon 225 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5% çoxdur. Bunun 9 milyon 810 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bakı filialının kredit portfeli 0.4% kiçilib.

Hesabat dövründə İran bankının öhdəlikləri 6% artaraq 54 milyon 449 min manata, o cümlədən depozit portfeli 11.2% artaraq 11 milyon 934 min manata, balans kapitalı isə 4% artaraq 36 milyon 776 min manata çatıb.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.

Telegram kanalımıza abunə ol