Gözləyin...

Kapital Bank 10% gəlirli depozit kampaniyasının müddətini uzadıb

Bank məhsulları 7 June 2024

Kapital Bank 6 aya illik 10% gəlir qazandıran depozit kampaniyasının müddətini iyun ayının sonunadək uzadılıb. Belə ki, iyun ayının 30-dək 6 aylıqda Kapital depoziti yerləşdirən hər kəs illik 10% gəlir əldə edəcək.

Qeyd edək ki, Kapital Bankda minimal depozit məbləği 500 AZN, maksimal  məbləğ limiti yoxdur. Müddəti 36 ayadəkdir.

Kampaniyadan yararlanmaq üçün ən yaxın Kapital Bank filialına yaxınlaşa və ya Rəqəmsal depozitlə bu prosesi vaxt itirmədən daha da asanlaşdıra bilərlər. Bunun üçün Birbank mobil tətbiqindən Rəqəmsal depozitə keçid edərək əmanət yerləşdirmək mümkündür.