Gözləyin...

Kapital Bank 6 aya illik 10% gəlir qazandıran kampaniyanın müddətini artırıb

Bank məhsulları 10 July 2024

Kapital Bank 6 aya illik 10% gəlir qazandıran depozit kampaniyasının müddətini artırıb. Bu şansı dəyərləndirmək istəyən hər kəs 16 avqust tarixinədək Kapital depoziti yerləşdirə bilər. 

Bunun üçün ən yaxın Kapital Bank filialına yaxınlaşa və ya Rəqəmsal depozitlə bu prosesi daha rahat və asan başa vura bilərsiniz. Rəqəmsal depozit yerləşdirmək üçün Birbank mobil tətbiqindən Rəqəmsal depozitə keçid edərək əmanət yerləşdirmək mümkündür. 

Qeyd edək ki, filiala müraciət edilərək yerləşdirilən depozit üçün 500 AZN, Rəqəmsal depozitdə isə 1 AZN minimum məbləğ həddi müəyyən edilib. Kapital əmanət məhsulu üzrə əmanət məbləğini minimum 100 AZN, Rəqəmsal əmanət məhsulu üzrə isə 10 AZN məbləğində artırmaq olar. Kapital depozitində faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.