Gözləyin...

Kapital Bank “Birbank Star” kartını təqdim edir – Faizsiz, komissiyasız nağdlaşdırma və köçürmə

Bank xəbərləri 17 September 2024

Kapital Bank yeni “Birbank Star”  kredit kartını təqdim edir:

  • Minimum 500 manat, maksimum 30 000 manatadək kredit;
  • Bütün banklara məxsus bankomatlardan komissiyasız nağdlaşdırma;
  • Komissiyasız pul köçürmələri; 
  • 30%-dək keşbek, 2 qat ƏDV.

Kredit xəttindən istifadə: 

Birbank Star kartının kredit xəttindən istifadə etdiyiniz məbləğə heç bir faiz hesablanmır. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Ödəniş vaxtında edilmədiyi halda hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir. Minimal aylıq ödənişlər hər növbəti ayın 1-dən 10-dək edilməlidir. Ayın 10-u qeyri iş gününə düşərsə, ödənişi növbəti iş gününədək edə bilərsiniz. Qeyd olunan tarixlərdə ödəniş edilmədikdə gecikmə qeydə alınır. Ödəniş birdəfəyə 10 gündən çox gecikdirilərsə, 11-ci gündə kredit xətti avtomatik bloklanır, borc ödəndikdən sonra isə dərhal blokdan çıxarılır. Birbank Star kartının müddəti 5 il olsa da, onun kredit xəttindən istifadə müddəti 12 aydır. Müddətin sonunda kredit xətti limitinin növbəti 12 ay müddətinə uzadılmasına baxılır və əgər bu, bankın daxili qaydalarına uyğundursa, müddət uzadılır.

Kartı həm fiziki, həm də rəqəmsal formada istifadə etmək mümkündür. Fiziki olaraq sifariş edilən kart haqqında məlumatlar dərhal müştərinin  Birbank mobil tətbiqində əks olunur. Müştəri kartı əldə etdikdən sonra isə aktivləşir. Kart yalnız rəqəmsal versiyada sifariş edilərsə dərhal mobil tətbiqdə görünür və istifadəsi həmin andan etibarən mümkün olur. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur.