Gözləyin...

Kapital Bank “keşbek”də limit dəyişikliyi edib

Bank xəbərləri 29 December 2023

Yeni şərtlərə əsasən 1 yanvar 2024-cü ildən Birbank Cashback Debet kartı ilə ay ərzində qazana biləcəyiniz maksimal keşbek məbləği 100 AZN olacaq. Qeyd edək ki, bu məbləğ əvvəl 500 AZN idi.

Banker. az bu barədə bankın rəsmi səhifəsinə istinad edir.

Lakin, həm Birbank Cashback debet, həm də Birbank Cashback taksit kartı sahibi olan  müştərilər bu halda ay ərzində cəmi 500 AZN keşbek qazana biləcəklər. Məsələn, müştəri ay ərzində  Birbank Cashback Debet kartında  100 AZN keşbek qazanaraq limitə çatıbsa,  həm də Birbank Cashback Taksit kartı  olduğu üçün bu kartla ay ərzində 400 AZN keşbek toplaya bilər. Yəni ümumi olaraq, müştəri  Birbank Cashback taksit və debet kartları ilə birlikdə ay ərzində maksimum 500 AZN keşbek qazanmış olacaq.

Telegram kanalımıza abunə ol