Gözləyin...

Kapital Bank “Məktəbli Sığortası” ilə övladlarınızın sağlamlığını təmin edəcək

Bank məhsulları 18 July 2024

Kapital Bank “Meqa Sığorta” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində sığorta xidmətləri sahəsində yenilik təqdim edir – “Məktəbli sığortası”. Bu yeni sığorta xidməti sayəsində valideynlər övladlarının sağlamlığını təminat altına ala biləcəklər.

“Məktəbli sığortası” həm ölkə ərazisində, həm də şagirdlərin təhsil məqsədilə ölkə xaricində olduğu müddətdə təhsil müəssisələrinin daxili və həyətyanı sahələrində baş verə biləcək xoşagəlməz hallar zamanı tam şəkildə rahatlığını təmin etmək və onlara dəymiş ziyanın qarşılanmasını təmin edir.

  • Sığortalının yaş həddi: 5-17 yaş
  • Siğortanı alan: Sığorta olunanın valideyni, övladlığa götürən, onlar olmadığı halda qəyyumu və ya himayəçisi
  • Sığorta müddəti: 12 ay
  • Sığorta haqqı: 12 AZN - 40 AZN
  • Sığortanın məbləği: 2500 AZN - 5000 AZN
  • Haradan əldə etməli: Kapital Bank filialları
  • Təminat altına alınan əsas risklər:

   - Qəza hadisəsinin təsiri nəticəsində dəyən fiziki xəsarət ilə bağlı ilkin tibbi 
yardım xərclərin qarşılanması

  - Ölüm halında ümumi sığorta məbləğinin 100%-nin qarşılanması

  • Xəsarət ilə bağlı ilkin tibbi xərclər üzrə sublimit: 200-400 AZN