Kapital Bankın “TələbəPlus” kartı tələbələrə hansı güzəştləri təqdim edir?
Kapital Bankın “TələbəPlus” kartı tələbələrə hansı güzəştləri təqdim edir?
Kapital Bank, Təhsilin İnkişafı Fondu və Visa şirkəti arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində yaradılan “TələbəPlus” kartları artıq istifadəyə verilib. Kart vasitəsilə tələbələr “Visa”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. “TələbəPlus”:
- Həm debet kartı;
- Həm təqaüd kartı;
- Həm də universitetə giriş-çıxış kartıdır.
Kart ödənişsizdir. Universitet tərəfindən sifariş olunur və tələbələrə təqdim olunur.
Nağdlaşdırma
Kapital Bankın bankomat və POS Terminallarında komissiyasız;
Digər yerli bankların bankomatlarında 1.5% (min 3.5 AZN) ;
Xarici bankların bankomatlarında 1.5% (min 3.5 AZN) komissiya tətbiq olunacaq.
Kartdan karta köçürmələr
Kapital Bank kartlarına köçürmə 0.2% (min 0.5 AZN);
Ölkədaxili bank kartı hesabına 0.2% (min 1.5 AZN);
Xarici bank kartı hesabına 1.5 % (min 3 AZN);
Karta nağd pul köçürməsi zamanı 1% (min 1 AZN) komissiya tətbiq olunacaq.
Kəşbek hesablanması
“TələbəPlus” kartları üzrə tələbələr Marketlərdə - 2%, Kino-2%, Əyləncə -2%, Kitablar- 5% Restoranlarda- 2% kəşbek qazanacaq.
Qeyd edək ki, “TələbəPlus” kartı 15 oktyabr tarixindən ADPU, AzTu, BMU, SDU, ADNSU, UFAZ, BDU, AZMİU, BSU, ADU,Türkiyə-Azərbaycan Universitetlərində tələbələrə təqdim edilib.Layihənin ilkin mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur. Daha sonra isə digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər. Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir.