Gözləyin...

Kartdakı qalığa ən çox faiz hesablayan bank kartları - ARAŞDIRMA

Məqalələr 19 October 2023

Bank məhsulları arasında əsas üstünlüklərdən biri kart hesabında qalan vəsaitə faizin hesablanmasıdır. Bu xidmət artıq bir çox  banklar tərəfindən təqdim edilir. Faiz gəliri debet kartda olan məbləğin müəyyən faizinin balansın üzərinə gəlir şəklində əlavə olunmasıdır. Bunun üçün isə pulu xərcləmək deyil, kartda saxlamaq kifayətdir. 
Banker.az  kartdakı qalığa ən çox   faiz hesablayan bankları araşdırıb. 
ABB -  Tamkart. Kartdakı qalığa illik 7% hesablanıb, ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz, Standart və Gold kartlarında vəsaitin maksimum 2500 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal məbləğ 200 AZN təşkil edir. Platinum və Premium kartlarında isə minimal 1.000 AZN maksimal 5.000 AZN məbləğə hesablanır.  Faiz gəliri hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin kart hesabına köçürülür. 
AccessBank – myCard.  MyCard Standard üzrə 3%, Premium 4%, Lux 5% təşkil edir.  Hesablanan məbləğ üzrə.  limit yoxdur Hər ayın sonuncu günü karta yatırılır. 
Azər Türk Bank – atb Card. AZN valyutasında olan debet kartların qalığına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35 000 AZN-dir. 
Bank of Baku -  Bolkart.  Qalıq məbləğ 100 – 2000  AZN oduqda  7%,  qalıq məbləğ 2000 AZN-dən çox olduqda-2000 AZN-ə qədər olan hissəyə 7%-lə, 2000 AZN-dən yuxarı olan hissəyə isə 5%-lə hesablanacaqdır. 
Bank Republika- Neokart. Qalıq üzrə illik faiz NeoKart Standart- illik 3% . Minimum faiz hesablanacaq məbləğ-0 . Maksimum faiz hesablanacaq məbləğ 10 000 AZN. NeoKart Premium- AZN illik 5%. Minimum faiz hesablanacaq məbləğ - 0. Maksimum faiz hesablanacaq məbləğ 20 000 AZN-dir. 
Kapital Bank - Birbank Cashback. Debet kartlarında olan şəxsi vəsait qalığına illik 6% olmaqla (minimal 500 AZN və yuxarı şəxsi vəsait qalığı olduğu halda) depozit gəliri köçürülür, ay ərzində maksimal qazanıla biləcək gəlir isə 10 AZN-dir. Faizlər gündəlik olaraq hesablanır və hər ayın ilk iş günü "Daha çox" - Bonuslar - "Cashback" bölməsinə köçürülür. 
Rabitəbank-Kartmane. Kartlarında  vəsait qalığına hesablanan faiz dərəcəsi debet kartın növünə görə illik 4-6% -dir. Faiz hesablanan  minimal məbləğ 100 AZN, maksimum məbləğ isə standard kart üzrə 10 000 AZN, premium kart üzrə 100 00  AZN-dir. 
XalqBank - XalqKart Cashback və XalqKart Petrol kartlarında hesabdakı qalığa  8%  hesablanır. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimal məbləğ isə 3000 AZN-dir.  Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür. 
Leobank -Qalıq üzrə faiz 5% illik gəlir gətirən bu kartda debet qalığına faiz dərəcəsi debet qalığında minimal 10 AZN məbləğ olduqda hesablanır. Depozit gündəlik olaraq hesabınızda olan məbləğin üzərinə hesablanır, məbləğ toplanaraq növbəti ayın 1-i hesabınıza köçürülür. 
TuranBank - Universal Kart. Balansda olan minimum 300 AZN,  maksimum 100 000 AZN  məbləğə faiz hesablanır. Qalıq məbləğinə  6% təşkil edir. 
Yelobank - Yelo Light kartlarında AZN valyutasında olan 10 000 AZN-dək qalıq məbləğə illik 4%,  Yelo Premium kartında isə AZN valyutasında olan 100 000 AZN-dək qalıq məbləğə illik 6%  hesablanır 
Expressbank -  Expresso debet qalığına illik gəlir faizi yalnız AZN valyutalı kartlara aiddir.  İllik faiz gəliri Expresso kartının növündən asılı olaraq 3%-5% dəyişir. 
Unibank- Ucard. Kartda 1000-10000 AZN arası vəsait olarsa, bu halda, illik 6% ilə gəlir hesablanır. Ay ərzində toplanan gəlir məbləği 1 AZNdən yuxarı olduqda, ay sonu kart balansına köçür.


 

Telegram kanalımıza abunə ol