Kartdakı qalığa faiz hesablayan bank kartları - SİYAHI
Bank məhsulları arasında əsas üstünlüklərdən biri kart hesabında qalan vəsaitə faizin hesablanmasıdır. Bu xidmət artıq bir çox banklar tərəfindən təqdim edilir. Faiz gəliri debet kartda olan məbləğin müəyyən faizinin balansın üzərinə gəlir şəklində əlavə olunmasıdır. Bunun üçün isə pulu xərcləmək deyil, kartda saxlamaq kifayətdir.
Banker.az kartdakı qalığa ən çox faiz hesablayan bankları araşdırıb.
ABB - Tamkart. Kartdakı qalığa illik 7% hesablanıb, ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz, Standart və Gold kartlarında vəsaitin maksimum 2500 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal məbləğ 200 AZN təşkil edir.
AccessBank – myCard. MyCard Premium və Lux üçün 1.5% hesablanır.. Hesablanan məbləğ üzrə limit yoxdur Hər ayın sonuncu günü karta yatırılır.
Azər Türk Bank – atb Card. AZN valyutasında olan debet kartların qalığına illik 5.5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35 000 AZN-dir.
Bank of Baku - Bolkart. Debet kartlarında qalıq məbləğ 100 - 2000 AZN oduqda -7%, 2000 AZN-dən yuxarı olan hissəyə isə illik 5% gəlir hesablanır.
Bank Republika- Neokart. Qalıq üzrə illik faiz NeoKart Standart- illik 3% . Minimum faiz hesablanacaq məbləğ-0 . Maksimum faiz hesablanacaq məbləğ 10 000 AZN.
Rabitəbank-Kartmane debet. Kartlarında vəsait qalığına hesablanan faiz dərəcəsi illik 4% -dir. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimum məbləğ isə 10 000 AZN-dir.
XalqBank - XalqKart Cashback və XalqKart Petrol kartlarında hesabdakı qalığa 8% hesablanır. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimal məbləğ isə 2000 AZN-dir. Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür.
TuranBank - Universal Kart. Balansda olan minimum 300 AZN, maksimum 100 000 AZN məbləğə faiz hesablanır. Qalıq məbləğinə 6% təşkil edir.
Yelobank - Yelo Light kartlarında AZN valyutasında olan 10 000 AZN-dək qalıq məbləğə illik 4% hesablanır.
Expressbank - Expresso standart kartları üzrə kart qalığıma hesablanan fazir 6% dir və 1000 AZN dən 10000 AZN qədərdir.