Gözləyin...

Kartmane debet kartının şərtləri yeniləndi

Bank məhsulları 10 August 2023

Artıq Kartmanedə müxtəlif  keşbek kateqoriyaları  və minimum dövriyyə tələbi ləğv olunur. 

Belə ki, yeni Yaşıl keşbekdə heç bir dövriyyə tələbi olmadan YDM, Market, Restoran, Kitabxana, İctimai nəqliyyat və qatar, Bərbər, Gözəllik salonları, Spa, Kinoteatrlar, Ev heyvanları, Elektronika mağazaları, Sığorta, Taksi, Çatdırılma, Geyim və Digər keşbeklər bir kateqoriyada birləşdirilərək, hər birindən eyni anda qazanacaqsınız. 

Həmçinin, nağdlaşdırma və köçürmə tariflərində də dəyişikliklər olundu. Ölkədaxili istənilən ATM və ölkə daxili digər bank kartlarına Card to Card əməliyyatları ayda cəmi 1 000 AZN komissiyasız oldu. Ümumi aylıq keşbek məbləği isə 200 AZN-ə yüksəldi. Ayda 5 dəfə  olan nağdlaşdırma limiti isə ləğv edildi.

Qeyd edək ki, bankın SMS məlumatlandırma xidməti də yeniləndi. Yeni funkisya Push sms- lər  vasitəsilə siz Mobil tətbiqə daxil olub, aktiv etdiyiniz zaman heç bir xidmət haqqı tutulmadan sizin icra etdiyiniz ödənişlər üzrə Sms məlumat daxil olacaqdır. Bütün məhsullar üzrə SMS məlumatlandırma xidmətinin aylıq ödəniş haqqı isə cəmi 5 AZN təşkil edəcəkdir. 

 

Müzakirə qrupuna keçid