Gözləyin...

Kartmane kart sahibləri 12.5 milyon manat keşbek qazanıblar

Bank xəbərləri 12 October 2022

Keşbek kartları sırasında bazarda rəqiblərinə meydan oxuyan “Rabitəbank” ASC, müştərilərinin Kartmane kartı ilə alış-verişlərində qazandıqları məbləği açıqlayıb.

Belə ki, Kartmane kart sahibləri 9 ay ərzində 12.5 milyon manat keşbek əldə ediblər.

Rabitəbank açıqlayıb ki, bu məbləğin 6.5 milyon manatı yanacaqdoldurma məntəqələrində olunan ödənişlərə (YDM-lərdə 10% keşbek), təxminən 260 min manatı market və restoranların payına (market-restoranlarda 5% keşbek), 5.6 milyon manat isə hər yerdə olunan ödənişlərə (hər yerdə 2% keşbek) düşür.

Həmçinin, qazanılan keşbeklər sırasında Azercell keşbekləri və millər də var.

Bəs keşbek kartı nədir, hansı üstünlükləri var?

Keşbek – xərclənən pulun bir hissəsinin bonus şəklində müştərinin xeyrinə qayıtması prosesidir. 

Məsələn, müştəri debet kartı ilə yanacaqdoldurma məntəqəsindən yanacaq doldurur və  ümumi xərci 50 AZN təşkil edir. Bu zaman keşbek kartı tərəfindən müştəriyə qayıdan məbləğ ümumi xərcin 10%-ni təşkil edəcək.

Qeyd edək ki, Rabitəbank-ın məhsulu olan Kartmane-nin 5 keşbek növü mövcuddur: YDM (10%), market və restoranlar (5%), bütün ödənişlərdə (2%), Azercell keşbekləri (1 AZN=1 bal) və millər (1 AZN=1 mil).

Müştəri özünə uyğun keşbek növünü seçməklə, nağdsız ödənişdə xərclədiyi məbləğləri geri qaytara bilər.

500-dən çox tərəfdaşı olan Kartmane ilə edilən alış-verişlərdən 40%-dək keşbek qazanmaq mümkündür.

Tərəfdaşların siyahısını linkdən görə bilərsiniz: https://rbt.az/Terefdas

Kartmane kartları haqqında ətraflı məlumat və sifariş üçün https://rbt.az/Kart-Sifaris linkinə keçid edə, 133 Çağrı Mərkəzinə müraciət edə və ya bankın sosial media kanalları üzərindən sorğu göndərə bilərsiniz. Həmçinin bankın filiallarına yaxınlaşaraq sifarişinizi həyata keçirə bilərsiniz.

Telegram kanalımıza abunə ol