Gözləyin...

Kartmane Taksit kartının hansı üstünlükləri var ? – ARAŞDIRMA

Məqalələr 18 December 2024

Qarant.az Rabitə Bankın yenilənmiş Kartmane Taksit kartlarını  araşdırıb. 

Əvvəla qeyd edək ki,  Taksit kartının ayrılıb-ayrılmaması, kart hesabındakı məbləğ ilə bağlı məlumatı Sizə dəqiq şəkildə yalnız kredit mütəxəssisi gəlir və öhdəliklərinizi təhlil etdikdən, kredit tarixçənizi yoxladıqdan sonra təqdim edə bilər.

Kartmane Taksit kartı pulsuz təqdim olunur. 

Məbləğ: Ayrıla biləcək Kredit məbləğinin minimum məbləği 300 AZN, maksimum 15 000 AZN təşkil edir, lakin taksitə bölə biləcəyiniz məbləğ 50 AZN-dən başlayır.

Kreditin müddəti: Kart almaqla siz ödənişi maksimum 36 aya bölə bilərsiniz. Bankın mobil tətbiqinə daxil olaraq xərclərinzi aylara bölmək imkanından yararlanaraq 7/24 xərc və gəlirlərinizi izləyə bilərsiniz.Taksit müddəti nağdsız əməliyyatlar maksimum 36 ay, nağd əməliyyatlar (ATM nağdlaşdırma) 24 ay təşkil edir. 

Güzəşt müddəti: 70 günədək güzəşt müddəti mövcuddur. Bu müddət ərzində borc tam şəkildə ödənsə, əlavə faiz hesablanmır. Güzəşt müddətli əməliyyatın icra olunan aydan etibarən 3-cü ayın 1-dən 10-unadək güzəşt müddətli borc tam ödənilməlidir. Güzəşt müddəti yalnız POS terminallar üzərindən icra olunan nağdsız əməliyyatlar və onlayn əməliyyatlar (kredit ödənişləri, kartdan karta köçürmələr, qumar oyunları, nağd pul kisələrinə köçürmələr və s. istisna olmaqla) üçün keçərlidir.

Nağdlaşdırma: Kartmane taksit kartı ilə məbləği 100% nağdlaşdıra bilərsən. Nağd pul çıxarışlarında 2% komissiya (minimum 3 AZN/USD/EUR) tətbiq olunur.

Faiz: Nağd əməliyyatlar üzrə illik faiz: 25%, taksit əməliyyatları üzrə aylıq faiz: 1.5% . 

Hesabdakı qalığa faiz hesablanması: Kartmane kartlarında (debet və kredit kartında) hesabda olan  100 AZN-dən  yuxarı məbləğlərə əmanətlərdə olduğu kimi faiz hesablanır. Hesablanan illik faiz manat üçün 4%  müəyyən olunub.  Qalıq vəsaitinə hesablanan faiz üzrə maksimal məbləğ 10 000 manat təşkil edir. 

Cashback: Şərtlər aşağıdakı qaydadadır.

  • YDM 10% Cashback – Apple Pay və Google Pay vasitəsi ilə ödənişlərdə, maksimum 30 AZN kəşbek.
  • Market 5% Cashaback – Apple Pay və Google Pay vasitəsi ilə ödənişlərdə, maksimum 30 AZN kəşbek.
  • İctimai nəqliyyat və Qatar 5% Cashback – Həm kartla, həm də Apple Pay və Google Pay vasitəsi ilə ödənişlərdə, maksimum 30 AZN kəşbek.
  • Restoran və Kafelərdə 5% Cashback – Apple Pay və Google Pay vasitəsi ilə ödənişlərdə, maksimum 30 AZN kəşbek.

Ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar, maksimal aylıq cashback məbləğ 200 AZN  təyin edilir.

Dövriyyə üzrə tələblər – ATM cash, Pos Cash və Card to Card, kredit ödənişləri, dövlət və kommunal ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır.

Telegram kanalımıza abunə ol