Gözləyin...

Kommunal xərclərə keşbek hesablayan bank kartları

Bank məhsulları 9 October 2023

Kommunal ödənişlər üçün keşbek təklif edən debet kartlar gündəlik xərclərindən keşbek qazanmaq istəyən istehlakçılar üçün yaxşı seçimdir. Bu kartlar adətən kommunal xidmətlərə xərclənən məbləğin faizini keşbek kimi təqdim edir. Bununla belə, qeyd etmək vacibdir ki, bir çox banklara məxsus debet kartlar kredit, nəqliyyat, rabitə, dövlət və kommunal, istiqraz, cərimə, məhkəmə, mərc oyunları, kuryer xidmətlərinə kəşbek hesablamır.

Banker.az  kommunal  xərclərinizdən  keşbek qazandıran debet kartları təqdim edir:

 

1.Birbank Cashback  kartı ilə günlük ödənişlərinizdən 1.5% keşbek qazana bilərsiniz. Aşağıdakı ödəniş növlərinə keşbek qeyd olunan faiz dərəcəsi ilə yalnız Birbank mobil tətbiqi vasitəsilə  aparılan əməliyyatlardan hesablanır:

  •  Mobil, kommunal, internet, TV, stasionar telefon ödənişləri — 1%
  •  Köçürmələr və kredit, dövlət, sığorta, DYP, təhsil, xeyriyyə, sosial şəbəkə, parkinq, oyun, bank, elektron pul kisəsi ödənişləri — 0.001%
  •  Kredit (maliyyə institutları) ödənişləri üzrə aylıq maksimum 5 AZN keşbek qazanmaq olar.
  •  Kartdan karta köçürmələr üzrə aylıq maksimum 5 AZN keşbek qazanmaq olar.

2. Tamkart -  ABB Mobile vasitəsilə bütün ödənişlərdən 1.5% kəşbek qazana bilərsiniz. Avtoödəniş üzrə isə 3% Fayda təqdim olunur.

* Avtoödəniş - ödənişin avtomatik seçim etdiyiniz tarix və məbləğdə silinməsidir. Əsas səhifədə ilk öncə şablon yaradılmalı, daha sonra avtoödəmə aktiv edilməlidir.

3. “akart” - Azərsu (əhali/qeyri-əhali), Azəriqaz, Azərişıq (əhali/qeyri-əhali), AzərİstilikTəchizat ödənişlərində 1% keşbek təqdim edir.

 

Müzakirə qrupuna keçid