Gözləyin...

“Lounge Key” xidmətinin hansı üstünlükləri var?

Məqalələr 12 December 2023

 LoungeKey proqramı müəyyən premium bank kartlarına inteqrasiya olunur. Bu proqrama çıxışı olan kart sahibləri bütün dünya üzrə hava limanının salonlarına pulsuz və ya endirimli girişdən istifadə edirlər. LoungeKey müxtəlif beynəlxalq hava limanlarında geniş hava limanları şəbəkəsinə çıxışı təmin edir. Bu salonlar uçuşdan əvvəl dincəlmək üçün sakit mühit təmin edərək, sıx terminalların təlaşından uzaqlaşdırır. 

 "Lounge Key" ilə bağlı tez-tez verilən suallar: 

“Lounge Key” biznes zallarında hansı xidmətləri əldə edə bilərəm? 

-Komfortlu gözləmə yerləri 

- İnternetə (Wi-Fi) çıxış 

- TV, içki və qəlyanaltılar 

- Reyslə bağlı məlumat əks olunan monitor, duş, kondisioner 

 Xidmətlər hava limanına görə fərqlənə bilər. Bütün xidmətlərin siyahısı ilə proqramın saytında və ya mobil tətbiqdə tanış olmaq olar. 

“Lounge Key” biznes zalına keçmək üçün xüsusi kart lazımdırmı? 

- Xeyr. Keçmək üçün bank kartınız, minik talonu və şəxsiyyətinizi təsdiq edən sənəd kifayətdir. İçəri girərkən zalın əməkdaşlarına “Lounge Key” üzvü olduğunuzu bildirməlisiniz. Kartdakı, minik talonundakı və sənəddəki ad üst-üstə düşməlidir. Əgər kart sahibinin kartı aktivdirsə, həmçinin, pulsuz ziyarətlər qalıbsa, biznes zalları ödənişsiz ziyarət etmək olar. 

“Lounge Key” biznes zalını kart sahibi olmayan ziyarət edə bilərmi? 

- Yalnız kart sahibini müşayiət edirsə. Bu zaman kart sahibinin də orada olması mütləqdir.

Pulsuz ziyarətlər müşayiət edən şəxslərə aid edilirmi? 

- Xeyr, yalnız kart sahibinə. Müşayiət edən şəxslərin “Lounge Key” biznes zalını ziyarət edə bilməsi üçün hər adama Visa Platinum üzrə 32 USD, Mastercard üzrə 30 USD ödəniş etmək lazımdır. 

Kart sahibini neçə qonaq müşayiət edə bilər? 

 - Orta hesabla 4-6 adam. Qonaq sayı hər zalın qaydalarına uyğun təyin edilir. 

Lounge Key biznes zalında uşağa görə ödəniş etmək lazımdırmı? 

 -  2-4 yaşlı uşaqlara əksər biznes zallarda giriş pulsuzdur. 

Pulsuz ziyarətlərin sayını necə öyrənə bilərəm? 

 - Biznes zalların ziyarət tarixçəsini saytda qeydiyyatdan sonra və ya mobil tətbiqdə görə bilərsiniz. 

“Lounge Key” mobil tətbiqini buradan yükləyə bilərsiniz: 

“Android”: lounge key

“iOS”: lounge key

Müzakirə qrupuna keçid