Manatda ən gəlirli müddətli əmanətlər hansı bankdadır? (iyun 2023)
Banker.az olaraq əhali üçün ən yüksək gəlirlilik təklif edən bankları araşdırdıq.
Azərbaycanda 2023-cü ilin 1 mayına olan nəticədən bu məlum oldu ki, depozitlər 7 il sonra yenidən gəlir vergisinə cəlb edilsə də, onlar əhalinin investisiya aləti kimi marağından düşmür, əksinə artır.
Məsələn, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin 1 mayına olan gösətircilərdə bildirir ki, banklarda fiziki şəxslərin 11 milyard 955.4 4 milyon manat həcmində depozitləri var. Bu ilin əvvəlindən 4%-dən çox yuxarıdır. Depozitlərin 6 milyard 376.2 milyon manatı müddətli, o cümlədən bunun 2 mlrd. 422.3 mln. manat ekvivalenti xarici valyutada olan depozitlərdir.
Hökumət 2016-cı ildə maliyyə bazarında sabitliyi təmin etmək üçün bank depozitlərinin faiz gəlirinə hesablanan vergini 7 il müddətinə aktiv etmişdi və cari ilin 1 fevralından bunu (10%-lik vergini) ləğv edib.
Azərbaycanda inflyasiya 13.5% üzərindədir, inflyasiya depozitlər real olaraq nəinki gəlirlərini, özlərini də “yeyir”. Banklar isə maksimum 10.5%-lik gəlirlilik təklif edir. Onsuz da gəlirlilik üçün 12%-dən çox fiziki şəxslər üçün təklif edildiyi halda, həmin əmanətlər qanunvericiliyə görə sığortalanmır.
“Əmanətlərin sığortalanması” haqqında qanuna görə, fiziki şəxslərin banklardakı əmanətləri illik faiz gəliri manatda 12%-ə qədər, xarici valyutada isə 2.5%-ə qədər olduqda sığortalanır.
Azərbaycanda hazırda ən yüksək gəlirlilik təklif edən banklar “Bank of Baku”, “TuranBank” və “Unibank”dır. Bu banklar manatda 12 ay üçün müddətin sonuna illik 10.5% gəlirlik vəd edən müddətli depozit təklif edir. 24 bankdan yalnız yeddisinin illik gəlirliliyi 10% üzərində olan müddətli depozit məhsulları var.