Manatda ən sərfəli müddətli əmanətlər (may 2023)
Azərbaycanda müddətli manat əmanətləri (depozitlər) üzrə bankların ən sərfəli gəlirlilik təklif etdiyi banklar məlum olub.
Müddətli əmanət –müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.
1 fevral 2023-cü il tarixindən depozitlər 10%-lik gəlir vergisinə yenidən cəlb ediliblər. Belə ki, 2016-cı ilin fevralından 7 il müddətinə əmanətçilər faiz gəliri verigisindən azad olunmuşdu. Məsələn, 1 fevraldan 10 000 manat əmanəti olan şəxslər 9 faizlik illik faiz gəliri ilə 900 manatlıq qazancının 10%-ni (90 manatı) dövlətə vergi kimi ödəməlidir.
Qeyd edək ki, depozitlərin ölkədə yüksək inflyasiya şəraitində gəlirliliyinin olmaması fonunda, üstəlik də vergi xərclərinin əlavə edilməsi depoziti mənfəətli investisiya aləti sayılmır. Ölkədə illik inflyasiya artıq bir ildən çoxdur ki, depozitlərin gəlirliliyini üstələyir. İnflyasiya sonuncu dəfə 13.6% təşkil edib. Yəni pulun alıcılıq qabiliyyəti öncəki ildən aşağı olur. Məsələn, 2022-ci ilin martında 100 manata alınan məhsul və xidmət üçün 2023-cq ilin eyni dövründə almaq üçün 113.6 manat tələb olunur.