Gözləyin...

Mərkəzi Bank sığorta üzrə hüquqi şəxs olan müstəqil ekspertə lisenziya verib

Sığorta 2 September 2022

Azərbaycan Mərkəzi Bankı sığorta üzrə daha bir hüquqi şəxs olan müstəqil ekspertə lisenziya verib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “Yeni Dövr Qiymətləndirmə Mərkəzi” MMC-yə  (VÖEN: 1604170511) qeyd edilən sahə üzrə lisenziya əldə edib.

Bununla da sığorta üzrə hüquqi şəxs olan müstəqil ekspertlərin sayı 37-ə çatıb.

Xatırladaq ki, “Yeni Dövr Qiymətləndirmə Mərkəzi” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 manat olmaqla, onun qanuni təmsilçisi -direktoru Sultanov Həmid Ələddin oğludur.