Gözləyin...

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bank xəbərləri 7 June 2022
6 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2005024701 dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.3929 (3.5%) və 98.574 (3.1%) olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 79,354,500.00 manat olmuşdur. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.4381 (3.4%), orta ölçülmüş qiyməti isə 98.4427 (3.39%) olaraq müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər. Notların ödəmə tarixi 21.11.2022-ci ildir.
Telegram kanalımıza abunə ol