“MONEX” Türkiyəyə komissiyanı sıfırladı!
“MONEX” və “UPT” pul köçürmə sistemləri 8 fevral tarixindən etibarən Türkiyədəki TL bank hesablarına köçürmələr üzrə komissiyaları sıfırladı. Bu qərar qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qəbul edilib.
“Biz bu çətin zamanda qardaş Türkiyə xalqına və orada olan həmyerlilərimizə dəstəyimizi göstərmək istəyirik. Komissiya haqqını ləğv etməklə insanların Türkiyədə olan əzizlərinə və yaxınlarına ehtiyac vəsaitini göndərmələrini asanlaşdıracağımıza ümid edirik.” bu sözləri Muğanbankın İdarə Heyətinin Sədri Elnur Abbasov bildirib.
Əlavə olaraq qeyd edək ki, komissiyasız köçürmələr 15 fevral tarixinədək qüvvədə olacaqdır.
“MONEX” və “UPT” haqqında ətraflı məlumat almaq üçün www.monexmt.az və www.upt.com.tr vebsaytlarına keçid edə bilərsiniz.