Gözləyin...

“MuğanBank”ın səhmlərində pay bölgüsü dəyişib

Bank xəbərləri 2 June 2022
“MuğanBank” ASC-nin kapitalında səhmdarların pay bölgüsü dəyişib. Banker.az xəbər verir ki, bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri Elmir Mehdiyevin payı 66.17%-dən 67.74%-ə yüksəlib. O ötən il emissiya edilən bütün səhmlərin sahibi olub. Maqbet Mehtiyevin payı 12.14%-dən 11.58%-ə, Vəfa Vəliyevanın payı 11.17%-dən 10.65%-ə, Fəridə Mehtiyevanın payı isə 10.52%-dən 10.03%-ə yüksəlib. Qeyd edək ki, ötən il “MuğanBank” ASC səhm kapitalını 102.5 mln. manatdan 107.5 mln. manata çatdırıb.
Telegram kanalımıza abunə ol