Gözləyin...

“Neokart”ın hansı üstünlükləri və mənfi cəhətləri var?

Məqalələr 24 October 2023

Ölkənin aparıcı banklarından biri olan Bank Respublikanın “NeoKart” debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur və 2 növü var: “NeoKart Standard” və “NeoKart Premium”. Bankın ATM şəbəkəsində kartdan nağdlaşdırma üzrə komissiya 0% təşkil edir. Həmçinin, ölkəmizin digər bankların ATM şəbəkəsində də komissiyasız nağdlaşdırma imkanı var.

 Banker.az Bank Respublikanın ən çox istifadə olunan kartını araşdırıb. 

Kart neçə illikdir? - 3 illik

 Kartın qiyməti nəqədərdir? - Neokart Standard 20 AZN - Neokart Premium 80 AZN 

Azərbaycan ərazisində digər bankların ATM-lərində nağdlaşdırma zamanı nə qədər komissiya tutulur? - Ayda 10000 AZN-dək nağdlaşdırma pulsuz, limiti aşdıqda bankın öz ATM-də nağdlaşdırma üzrə komissiya-haqqı 1% (min. 0.50 AZN), ölkədaxili digər ATM-də1.5% (min. 3 AZN) 

Ölkənin istənilən bank kartlarına köçürmə zamanı nə qədər komissiya tutulur? - 0.5% (min. 1 AZN)

 ATM-dən aylıq nağdlaşdırma limiti nə qədərdir? - NeoStandard kartında ay ərzində 10.000 AZN, NeoPremium kartında isə 20.000 AZN.

 MilliÖn və Emanat terminalları vasitəsilə karta nə qədər mədaxil etmək olar? - Bank tərəfindən məhdudiyyət yoxdur. 

MilliÖn / E-manat terminalları ilə mədaxil zamanı nə qədər komissiya tutulur? - Bank komissiyası: 0% - Ödəniş sistemləri tərəfindən xidmət haqqı: 1% 

Debet qalığına gəlir nəqədərdir? - Qalıq üzrə illik faiz NeoKart Standart- illik 3% . Minimum faiz hesablanacaq məbləğ-0 . Maksimum faiz hesablanacaq məbləğ 10 000 AZN. NeoKart Premium- AZN illik 5%. Minimum faiz hesablanacaq məbləğ - 0. Maksimum faiz hesablanacaq məbləğ 20 000 AZN-dir. 

Kart qalığına hesablanmış faiz məbləği sığortalanır? - Qanunvericiliyin tələbinə əsasən kart hesabı üzrə olan qalıq məbləğ və ona hesablanmış faiz məbləği Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. 

Keşbek necə hesablanır? - Qeyri-partnyor mağaza və iaşə obyektlərində ödəniş zamanı 2% keşbək nəzərdə tutulur - Partnyorlarda isə maks. 55% . Partynorlar: https://www.bankrespublika.az/az/bonus-patners

NeoBonusları keşbekə necə dəyişdirmək olar? - Qazandığınız bonusları Mobil Şöbə tətbiqindəki "NeoKart" bölümündə keşbekə dəyişə bilərsiniz. Mübadilə, yığılmış bonusların 1000 -ə bölünməsi ilə hesablanır (Məsələn: 2290 NeoBonusu / 1000 = 2.29 AZN). Yığılan bonuslar hər ayın 5 -dən sonra dəyişdirilə bilər. Bonuslar tam həcmdə və ya qismən mübadilə oluna bilər. Aylıq konvertasiya üçün maksimal məbləğ 300 AZN təşkil edir. Keşbek balansı əvvəlki ay ərzində aparılan əməliyyatların nəticəsində formalaşır. Keşbek balansı cari ayda mübadilə olunmursa, bu bonusları yalnız digər opsiyalarda istifadə etmək olar.

Bonus balansı necə görmək olar? - NeoKartı ilə ödənilən hər bir manat 20 NeoBonusu qazandırır. Bonus balansına və NeoKartdakı bütün əməliyyatlara Mobil Şöbə tətbiqindəki "NeoKart" bölümündə baxmaq olar.Qazanılan bonuslar 3 iş günü ərzində tətbiqdə göstərilir və hesaba köçürüldükləri andan 2 il müddətində aktiv qalır. 

Bonusları danışıq dəqiqələri və internet paketinə necə çevirmək olar? - Toplanmış bonusların istənilən vaxt danışıq dəqiqələri və İnternet paketi ilə mübadiləsi mümkündür. Bunun üçün Mobil Şöbə tətbiqində "NeoKart" bölümunə daxil olduqdan sonra, dəqiqələr və ya gigabaytlara bonus mübadiləsi əməliyyatını yerinə yetirmək tələb olunur. 

Bonusları Millərə necə dəyişmək olar? - Bonusları Millərə çevirmək üçün NeoKartı ilə turizm sahəsindəki hər hansı bir xidmətin pulunu ödəmək, daha sonra Mobil Şöbə tətbiqində, NeoKartı / Miles bölumündə bonuslardan istifadə edərək, ödəniş məbləğini qarşılamaq tələb olunur. Həmin məbləğ karta köçürüləcək. Bonuslar 900-ə bölünərək Millərə çevrilir.

 Xoş gəldin Bonusu necə əldə etmək olar? - Xoş gəldin bonusu birdəfəlik ən az 300 AZN - NeoStandart, NeoPremium kartı ilə azı 500 AZN məbləğində əməliyyat edən bütün NeoKart sahiblərinə kartın alındığı ilk ayda verilir. - Xoş gəldin bonusu NeoStandart üçün – 2000 bonus, NeoPremium üçün 4000 bonus həcmində hesablanır. CashBack proqramına daxil olmayan əməliyyatlar hansılardır?

Mənfi cəhəti nədir? - Kartın ödənişli olması - Hesab qalığına faizin hesablanması. Faizinin bazarda olan digər kartlarla müqayisədə nisbətən aşağı olmasıdır.

Müzakirə qrupuna keçid