Gözləyin...

Oktyabr ayında banklar hansı keşbek faizlərini təqdim edir?

Bank xəbərləri 1 October 2024

Qarant.az  oktyabr ayı üçün  bankların keşbek  faizlərini  təqdim edir.

ABB – Tamkart kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır.  Tamkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 5 il müddətinə təqdim olunur. Standart, Gold, Platinum, Premium,Gənc və rəqəmsal növləri var. Kartın növündən aslı olaraq qalığın 200 AZN-dən 5000 AZN-dək olan hissəsinə illik 7%  hesablanaraq ayın sonu  balansa köçürülür. “Faydalı keşbek” üçün aylıq limit 300 AZN-dir.1 kateqoriya üzrə maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir. Hər hansı əməliyyat üzrə müştəri maksimal kəşbek məbləğini qazanarsa, həmin kateqoriyanın faizindən aslı olmayaraq bundan sonrakı əməliyyatlar üzrə 1% kəşbek hesablanacaq. Misal üçün, parfümeriya kateqoriyası üzrə 5%kəşbek verilirsə, müştəri yeni şərtə əsasən maksimum 30 AZN kəşbek qazandıqdan sonra kateqoriyanın faiz dərəcəsi 5%-dən 1%-ə düşəcək.  Və müştəri 300 AZN-dək kəşbek qazanmağa davam edəcək.

 

Birbank Cashback Debet - kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır. Birbank debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Pulsuzdur. Kapital Bankın Birbank Cashback Debet kartı - Kəşbek kateqoriyaları üzrə aylıq limit 100 AZN-dir. Limit seçəcəyiniz hər 2 kateqoriyaya birlikdə tətbiq olunur, “Bütün ödənişlər 1.5%” təklifi isə istisnadır. Çünki bu kateqoriya üçün limit 500 AZN təşkil edir. Nümunə: “Market - 3%” və “Bütün ödənişlər 1.5%” təkliflərini seçdikdə “Market - 3%” kateqoriyasından 3% ilə 50 AZN keşbek qazanmaq mümkündür. Limitə çatdıqdan sonra həm market, həm də digər bütün sahələrdə ödənişlərdən 1.5% ilə keşbek qazanmağa davam edəcəksiniz. Həm Taksit, həm də debet kart sahibləri üçün aylıq qazanılan maksimal kəşbek məbləği 500 AZN-dir. Keşbek kateqoriyaları hər ay yenilənir

Bank of Baku Bolkart şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür.  Bolkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 12, 24, 36 ay müddətinə təqdim olunur və 3 növü var: Bolkart Debet, Bolkart Gold və Bolkart Diamond. Qalıq məbləğ 100 – 2000 AZN olduqda 7%,  qalıq məbləğ 2000 AZN-dən çox olduqda-2000 AZN-ə qədər olan hissəyə 7%-lə, 2000 AZN-dən yuxarı olan hissəyə isə 5%-lə hesablanacaqdır. 

­­Leobank - universal kartdır. Onu həm debet kartı kimi - şəxsi vəsaitlərinizlə 20% - dək keşbek və illik 6%-ə qədər əlavə gəlir, vəsaitinizin qalığına gündəlik hesablanaraq istifadə etmək mümkündür. 

 

Rabitəbank Kartmane - Şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür. Kartmane debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 5 il müddətinə təqdim olunur. Vəsait qalığına hesablanan faiz dərəcəsi debet kartın növünə görə illik 4-6% -dir. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimum məbləğ isə standard kart üzrə 10 000 AZN, premium kart üzrə 100 00 AZN-dir.  Kateqoriya üzrə maksimal qazana biləcəyiniz keşbek məbləği – 30 AZN, maksimal aylıq keşbek məbləği 200 AZN təyin edilir.

 

Yelobank Yelo Light  şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür. Yelo Light debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR)  36 ay müddətinə təqdim olunur.  AZN valyutasında olan 10 000 AZN-dək qalıq məbləğə illik 4% hesablanır. 

 

 Bank Respublika -  “NeoKart” debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Qiyməti 20 AZN-dir.  Qalıq üzrə illik faiz NeoKart Standart- illik 3% Minimum faiz hesablanacaq məbləğ-0.  Maksimum faiz hesablanacaq məbləğ 10 000 AZN.

“Tarifini özün yarat” yeni keşbək konsepsiyası: Hər bir kateqoriya üzrə seçim imkanı müştəriyə verilir. Yeni məntiq həm ölkədaxili, həm də ölkəxarici əməliyyatlara şamil olunur.  Hər bir kateqoriya üzrə seçilmiş faizlərin toplam cəminin miqdarı maksimum 15 ədədinə bərabər olur. (Müştəri həmin ədədi kateqoriyalar üzrə bölüşdürməkdə sərbəstdir). Əvvəlcədən təyin olunmuş ədədin (miqdarın) bütün kateqoriyalar üzrə tam bölüşdürülməsi məcburidir. Müştəri tərəfindən seçim edilmədikdə, bonus hesablanması dayandırılır.. Bonusun digər opsiyalara (mil, internet, dəqiqə və s) konvertasiyası üzrə hesablama məntiqi saxlanılır. Bütün NeoKart məhsulları üçün keşbək limiti 300 AZN təyin olunur.

Telegram kanalımıza abunə ol