Gözləyin...

PAŞA Bank Ani Ödənişlər Sistemi ilə sürətli pul köçürmələri təqdim edir

Bank məhsulları 23 September 2024

PAŞA Bankın mobil tətbiqində istifadəçilər üçün Ani Ödənişlər Sistemi (AÖS) ilə köçürmə etmək imkanı yaradılıb.

Belə ki, PAŞA Bank digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı vasitəsilə saniyələr ərzində köçürmə həyata keçirmək imkanı  təqdim edir. Eyni zamanda, mobil tətbiq vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər PAŞA Bankın və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı ilə köçürmələr qəbul edə biləcəklər.

Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı, VÖEN) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.

 

 

Telegram kanalımıza abunə ol