Gözləyin...

Paşa Bank müştəriləri təmassız ödənişləri telefon ilə qəbul edə biləcək

Bank məhsulları 10 July 2024

PAŞA Bank  “mPOS” adlı yeni məhsulunu təqdim edir. Belə ki, Depozit və dövriyyə tələbi olmadan sahibkarlar “mPOS” – mobil POS-terminal məhsulundan istifadə edərək təmassız ödənişləri artıq telefonları ilə qəbul edə biləcəklər.

Müştərilər “mPOS”dan istifadə etmək üçün NFC funksiyasını dəstəkləyən “Android” əməliyyat sistemli mobil cihaza sahib olmalıdırlar.

“mPOS” məhsulu bütün vergi ödəyiciləri üçün nəzərdə tutulur. Buraya kart əməliyyatlarını qəbul edən ticarət obyektləri, eyni zamanda bərbər, dərzi, aptek, kiosk və meyvə-tərəvəz mağazaları kimi kiçik bizneslər də daxildir.

Qeyd edək ki, müştərilərə təklif olunan xüsusi kampaniya çərçivəsində 1 oktyabr tarixinədək “Visa” kartları ilə qəbul edilən ödənişlərə görə sahibkarlar komissiya ödəməyəcəklər.