Gözləyin...

“Paşa Bank”ın sədri ABA-nın Rəyasət Heyətinə üzv seçilib

Bank xəbərləri 6 July 2022

“Paşa Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyəti üzvü seçilib.

Bununla bağlı qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclasında verilib.

Bundan əlavə, ABA-nın baş iqtisadçısı Əzizağa Haxverdiyev Bank Tədris Mərkəzinin direktoru vəzifəsinin icraçısı təyin edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.