Gözləyin...

“PASHA Bank Cup IV” yarışmasının qalibləri bəlli olub

Bank xəbərləri 29 September 2022

®Ölkədə İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmağı hədəfləyən “PASHA Bank Cup IV” yarışması başa çatıb.

Müsabiqənin sentyabr ayının 25-də Bakı Mühəndislik Universitetində baş tutan final mərhələsində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Final mərhələsində iştirak edən “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov müsabiqə barədə öz fikirlərini bölüşüb: “Bildiyiniz kimi, “PAŞA Bank”, ölkədə İT sahəsinin inkişafına yönələn bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsini dəstəkləyib. Artıq dördüncü ildir ki, keçirilən “PASHA Bank Cup” proqramlaşdırma müsabiqəsi bu layihələr sırasında xüsusi yerə malikdir. “PASHA Bank Cup” layihəsi Azərbaycanda İT və proqramlaşdırma sahəsinin inkişafına əhəmiyyətli töhfə verən, bu il aramızdan vaxtsız ayrılan fizika-riyaziyyat elmləri namizədi, dosent Ramin Mahmudzadədən ilhamlanaraq hazırlanıb. Mərhum alimin ideyasını davam etdirmək, ölkəmizin dayanıqlı inkişafının hərəkətverici qüvvəsi olan istedadlı gəncləri və peşəkarları tanımaq və tanıtmaq, onlara yeni fundamental biliklər qazanmağa kömək etmək bizim üçün çox önəmlidir”.

Ümumilikdə 35 nəfər qələbə uğrunda qızğın mübarizədə öz qüvvəsini sınayıb. Hər yaş kateqoriyası üzrə yarışmanın ilk üç qaliblərini diqqətinizə çatdırırıq:

Kateqoriya: məktəblilərNəticəMükafat
Fidan Hüseynova100Apple MacBook Air
Xizri Sakrayev100Apple iPad
Murad Tarıverdiyev69.68Kindle

Kateqoriya: tələbələrNəticəMükafat
İbrahim Tağızadə100Apple MacBook Air
Emil İnoçkin100Apple iPad
Hüseyn Hacıyev100Kindle

Kateqoriya: peşəkarlarNəticəMükafat
Rəşad Məmmədov100Apple MacBook Air
Anar Verdiyev100Apple iPad
Mixaylo Medvedyev66.31Kindle

 

Xatırladaq ki, “PAŞA Bank”, İT sahəsinin inkişafına töhfə vermək, bu sahədə ən son trendləri və təcrübələri paylaşmaq üçün ”DevOpsDays”, “Rəqəmsal zirvələr” konfransı, “hackathon”lar və bir sıra layihələr həyata keçirib.