Gözləyin...

Pulsuz təklif olunan Premium kartlar hansılardır?

Məqalələr 13 October 2023

Premium kartlar illik ödəniş tələb edən, lakin bunun müqabilində kart sahiblərinə bir sıra eksklüziv üstünlüklər təklif edən kartlardır.  Bu kartla siz ölkəmizdə və dünyanın bir çox yerlərində (mağaza, restoran, aviaşirkətlər və s.) istifadə edə, üstəlik bir sıra güzəştlər qazana bilərsiniz. Bu kartlar, adətən, 1, 3 və ya 5 illik müddətə verilir. Hər birinin qiymətləri fərqlidir. Bu qiymətlər illərə görə dəyişdiyi kimi banklara görə də dəyişir.Kartı onlayn şəkildə bankın saytından sifariş edə və ya bankın filiallarına yaxınlaşıb əldə edə bilərsiniz. Kart hesabı Azərbaycan manatı, ABŞ dolları və avro ilə açıla bilər. Kartın balansını və müddətini istədiyiniz vaxt onlayn və ya terminallar vasitəsilə artıra bilərsiniz. Kart sahibləri bankın təklif etdiyi Mobil Bankçılıq, “SMS-xəbərdarlıq”, “Cash by code” və digər bu kimi xidmət və üstünlüklərdən faydalana bilərlər. Premium kartlar adətən, yüksək qiymətlə təklif olunur, lakin bəzi banklar öz Premium məhsullarını pulsuz – ilkin müəyyən mədaxillə təklif edir.

Banker.az pulsuz əldə edə biləcəyiniz premium kart təklif edən bankları araşdırıb.

ABB- TamKart Platinum, TamKart Gold

Qiyməti  - TamKart Platinum 5000 AZN ilkin mədaxillə, TamKart Gold -2000 AZN ilkin mədaxillə - Pulsuz.  

Kartdakı qalığa illik  - 7%. 1000 AZN-dən maksimum 5 000 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır.

Keşbek - ABB mobile-da Faydalı keşbek paketi seçimi etidiyiniz zaman TamKartla bütün ödənişlərə minimum 1.5% keşbek hesablanması dayandırılacaq. Faydalı keşbek paket seçimi etmədiyiniz təqdirdə, ödənişlərinizdən 1.5% keşbek qazanmağa davam edə bilərsiniz. Faydalı keşbek üçün aylıq limit 100 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək. Həmçinin partnyor mağazalarda etdiyiniz ödənişlər üzrə 20%-dək keşbek əldə edəcəksiniz.

AccessBank -myCard Lux 

Qiyməti – 5000 AZN ilkin mədaxillə - Pulsuz, 5 illik qiyməti – 200 AZN

Kartdakı qalığa illik – 5%. Qalıq üzrə olan istənilən məbləğə hesablanır

Keşbek - Cashback üzrə kateqoriya ayda 1 dəfə seçilir və növbəti ayda dəyişdirilə bilər, seçilən kateqoriyada müştəri digər nağdsız alış-veriş əməliyyatlar üzrə də cashback alır (0,5%), Cashback üzrə maksimal aylıq məbləğ 100 AZN-dir. Həmçinin partnyor mağazalarda etdiyiniz ödənişlər üzrə 30%-dək keşbek əldə edəcəksiniz.

Azər Türk Bank – atb Card Premium 

Qiyməti  -15000 AZN ilkin mədaxillə - Pulsuz, 3 illik - 300 AZN

Kartdakı qalığa illik – 5.5%. Faiz hesablanan maksimal məbləğ 100 000 AZN-dir.

Keşbek–Müxtəlif kateqoriyalar üzrə 0.5%-dən 1%-ə qədər kəşbek hesablanması nəzərdə tutulub.  Keşbek üzrə aylıq limit məbləği min.100 manat, maks. 200 manatdır.

Bank of Baku - Bolkart Gold

Qiyməti -  500 AZN ilkin mədaxillə -Pulsuz, 2-3 illik -50 AZN.

Kartdakı qalığa illik - 7%. Qalıq məbləğ 100 – 2000 AZN oduqda -7% 2000 AZN-dən yuxarı olan hissəyə isə 5%-lə hesablanacaqdır.

Keşbek - 3% hər yerdə, dövriyyə üzrə limit tələbi yoxdur. Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır.

Rabitə Bank – Kartmane Premium

Qiyməti - 15000 AZN ilkin mədaxillə - Pulsuz, Visa İnfinite 299 AZN, Mastercard Black 199 AZN.

Kartdakı qalığa illik -6%.  Faiz hesablanan məbləğ: 100 AZN-dən 50 000 AZN-dək.

 Keşbek - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə seçilmiş kateqoriyalar üzrə 10%-dək kəşbek qazana bilərsiniz. Maksimal aylıq cashback məbləğ 200 AZN təyin edilir.

Yelobank – Yelo Premium 

Qiyməti 30000 AZN ilkin mədaxillə - Pulsuz, 3 illik - 50 AZN.

Kartdakı qalığa illik – 6%. Faiz hesablanan məbləğ maksimal məbləğ 100 000 AZN-dir

Keşbek – Ölkədaxili hər yerdə 1%, seçilmiş kateqoriyalarda 5%-dək, partnyorlarda 30%-dək cashback. Seçilmiş iki kateqoriya üzrə aylıq limit 100 AZN -dir. Limiti keçdikdən sonra standart keşbek 0.5% hesablanır.

ExpressBank – Expresso Gold 

Qiyməti -1000 AZN ilkin mədaxillə-Pulsuz, 4 illik -50 AZN.

Kartdakı qalığa illik – 5% Faiz hesablanan məbləğ: 100 AZN-dən 20 000 AZN-dək

Keşbek -partnyorlarda 30%-dək, qeyri-partnyorlarda 1% hesablanır.Bir müştərinin aylıq qazana biləcəyi maksimum cashback məbləği 200 AZN, bir əməliyyat üzrə qazana biləcəyi maksimum cashback məbləği 50 AZN təşkil edir.

TuranBank -Universal Gold, Visa Infinite, Visa Platinum

Qiyməti – Universal Gold - 1000 AZN ilkin mədaxillə - Pulsuz, Visa Infinite 20 000 AZN ilkin mədaxillə -Pulsuz, Visa Platinum 2000 AZN ilkin mədaxillə -Pulsuz

Kartdakı qalığa illik – 6%. Universal kartlar üzrə qalıq məbləğə illik 6% gəlir hesablanır və faiz hesablanan maksimum məbləğ 100 000 AZN-dir.

Keşbek - TuranBank mobilbank tətbiqinin istifadəçiləri POS terminal, İnternet və MobilBank vasitəsilə ödənişlər edərək, “göy ulduz” qismində olan bonuslar qazana bilərlər.

 

Müzakirə qrupuna keçid