Gözləyin...

Rabitəbank illik 10.5%-lə, komissiyasız nağd pul krediti təklif edir

Bank məhsulları 9 August 2024

Rabitəbank fəaliyyətə başlamasının 31 illiyi ilə əlaqədar mövsümün son gününədək nağd pul krediti üzrə faizləri aşağı saldı. 

Belə ki, kampaniya çərçivəsində 30 000 AZN-dək nağd pul kreditini illik cəmi 10.5%-dən 48 ay müddətinədək əldə edə bilərsiniz. Komissiya isə 0% təşkil edəcək.

Həmçinin, başqa bankın kreditini Rabitəbanka transfer edən müştərilər üçün 0% komissiya nəzərdə tutulur. Qeyd edək ki, kredit götürənlər üçün sığorta tələbi yoxdur. 

Rabitəbankın təqdim etdiyi kampaniya avqustun 31-dək davam edəcək.