Gözləyin...

Rabitəbank sahibkarlara pulsuz Mobil POS xidmətini təqdim edir

Bank məhsulları 12 July 2024

Rabitəbankda Mobil POS xidmətini onlayn sifarişlə əldə edən sahibkarlar xidmətə pulsuz qoşularaq, aylıq xidmət haqqı ödəməkdən azad olacaq və  bol-bol keşbek qazanacaqlar. Eyni zamanda  Biznes kartı da hədiyyə ediləcək. 

Qeyd edək ki, xidmətdən istifadə etmək üçün NFC dəstəkləyən Android əməliyyat sistemli mobil cihaz olmalıdır.  Mobil POS ilə əməliyyat üzrə gündəlik limit- 10000 AZN-dir. 

Xidmətin üstünlükləri:

Nağdsız ödənişlərin istənilən yerdə və zamanda mobil telefon vasitəsi ilə qəbul edilməsi;

Elektron pul kisəsi ilə icra olunan ödənişlərin sürətli şəkildə qəbul edilməsi;

Cihazın şəbəkə və enerji israfı ilə bağlı olan problemlərinin aradan qaldırılması;

Əlavə cihaza ehtiyacın qalmaması;

Bu xidmət ilə icra olunan əməliyyatların Visa-nın təhlükəsizlik tələblərinə cavab verərək, etibarlı şəkildə qorunması.

Telegram kanalımıza abunə ol