Rəsmi iş yeri olmadan kredit verən banklar hansılardır?
Bir çox insan üçün kredit almaq maliyyə planlarını həyata keçirməkdə mühüm addımdır. Ancaq rəsmi iş yeri olmayanlar üçün bu proses daha mürəkkəb ola bilər. Rəsmi iş yeri olmayanlar banklar və maliyyə institutları tərəfindən çox vaxt daha yüksək risk hesab edilir. Buna baxmayaraq banklar rəsmi iş yeri olmayan müştərilərinə bəzi kredit məhsulları verə bilər. Bunlar bankların Lombard və Əmanət təminatlı kreditləridir.
Əmanət təminatlı kreditlər bankda depozit hesabına sahib şəxslər üçün nəzərdə tutulmuşdur. Tək şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə edilən bu kredit məhsulları üçün minimum yaş limiti 18-dir.
Lombard kreditləri dedikdə, qızıl və ya digər zinət əşyalarını girov qoyaraq, götürülən pul nəzərdə tutulur. Borc pulu ödədikdən sonra girov qoyulan əşyalar geri qaytarılır.